Putinin sehrli sözləri avropalıları donmaqdan xilas edirmi? - Qaz bir neçə saatda iki dəfədən çox ucuzlaşdı

07 oktyabr, 2021 16:42

Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburq qaz Forumunda dünənki çıxışı onu avropalıların nəzərində əsl xilaskara çevirib. Həmin gün oktyabrın 6-da Avropa birjalarında təbii qazın qiyməti fantastik həddə artaraq min kubmetr üçün 2 min dolları keçmişdi. Bu, cəmi bir neçə dəqiqə ərzində 40 faizlik sıçrayış nəticəsində baş vermişdi və analitiklər qazın qiyməti üçün yeni rekord təxmin edirdilər-2500 dollar!

Lakin Putinin çıxışından saatlar sonra Avropa birjalarında təbii qazın qiyməti eynilə bu cür sürətlə aşağı endi və bu gün oktyabrın 7-nə, günün birinci yarısına olan məlumatlara görə 1000 dollardan da aşağı düşdü.

Bəs Putinin həmin “sehrli sözləri” nədən ibarət idi?

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Rusiya prezidenti Avropanın energetika bazarında aylardır hökm sürən böhranla bağlı ilk dəfə danışdı, Avropa bazarında təbii qazın qiymətinin durmadan artmasına görə Rusiyanın günahlandırılmasına münasibət bildirdi.

Putin bəyan etdi ki, bu böhranda Rusiyanın rolu yoxdur. Və onun sözlərinə görə, günah elə avropalıların özlərindədir-onlar vaxtında Rusiyadan qazı uzunmüddətli müqavilələr əsasında almaq əvəzində birjalar üzərindən almağa üstünlük veriblər. Putin qeyd edib ki, “Qazprom” mövcud müqavilələr əsasında bütün öhdəliklərini yerinə yetirir və onun ölkəsi hazırda bazarları bürümüş bu spekulyativ ajiotajda maraqlı deyil.

Rusiya prezidenti habelə bildirdi ki, “Qazprom” Avropaya bu il  rekord həcmdə qaz təchizatını həyata keçirə və qiymətin stabilləşməsinə kömək edə bilər.

Avropa bazarlarında qazın qiymətinin indiki kəskin artımı yeraltı qaz anbarlarının tam dolmamasından irəli gəlir və bunun da səbəblərindən biri Rusiyanın nəzərdə tutulandan az qaz nəql etməsidir. Hərçənd “Qazprom” bunu təsdiq etmir. Avropada isə Putinin Qərbə qarşı özünün ən güclü silahını işə saldığını deyirlər.

Putinin çıxışı bu baxımdan bazara dərhal təsir göstərib və birja spekulyantları qiyməti kəskin endiriblər. Lakin Putinin avropalıları qarşıda gözlənilən sərt qışda soyuqdan donmaqdan xilas etmək vədi necə deyərlər, elə-belə başa gələ bilməz. Rusiya bunun üçün tikintisi artıq başa çatmış və Qərbin uzun müddətdir əngəlləməyə çalışdığı “Şimal axını-2” kəmərinin işə salınmasının tezləşdirilməsini istəyir. Energetika naziri Aleksandr Novak deyib ki, kəmərin sertifikatlaşdırılması prosedurunun Avropa Komissiyası tərəfindən sürətlə başa çatdırılması Avropaya qaz nəqlini artırmağın yollarından biri ola bilərdi. Novakın sözlərinə görə, “Şimal axını-2” kəmərinin işə düşməsi avropalıları gələcəkdə bu cür qiymət ajiotajından da xilas edə bilər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"