İran xaricdəki əməliyyatlarda dronlardan istifadəni genişləndirir - TIR-ların içində gizlədib daşıyırlar

08 oktyabr, 2021 09:50

İran İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds briqadası” xaricdəki əməliyyatlarında pilotsuz uçan aparatların tətbiqini genişləndirir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda müxalif qüvvələrin cəmləşdiyi İran Milli Müqavimət Şurasının bəyanatına istinadən “Frans Press” agentliyi bildirir.

Məlumatda deyilir ki, hazırda İranda müxtəlif çeşiddə PUA-lar istehsal edən 8 zavod fəaliyyət göstərir, həmin zavodlarda əsasən Çin, Cənubi Koreya və digər ölkələrdən alınan ehtiyat hissələr istifadə edilməklə zərbə və kəşfiyyat PUA-ları yığılır.

Təşkilat bildirir ki, “Qüds briqadası” əsasən PUA-ları Suriya, İraq və Yəməndəki əməliyyatlarında istifadə edir. Eyni zamanda İran özünün hərbi hava qüvvələrini PUA texnologiyası ilə müəyyən qədər modernizə etməyə çalışır. İranın Hava və Kosmik Qüvvələr Komandanlığının nəzdində pilotsuz aviasiya komandanlığı yaradılıb, PUA-lar İranın müxtəlif bölgələrindəki bazalarda yerləşdirilib.

İnqilab Keşikçiləri Korpusu xaricdəki “proksilərinə” PUA təlimi vermək üçün onları İrana gətirir. PUA-lar isə TIR-ların içərisində gizlədilərək İraq və Suriyaya daşınır, Yəmənə isə dəniz yoluyla çatdırılır.

Qeyd edək ki, İran son illər PUA texnologiyasına çıxış əldə edə bilib və raketlərlə təchiz edilmiş uzaqmənzilli PUA-larla yanaşı kiçik kamikadze-dronlar da istehsal edir. Lakin ekspertlərə görə, İran bu sahədə Türkiyə  və İsrail kimi ölkələrdən çox geri qalır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"