"İran "Eurovision-2012" vaxtı Bakıda terror aktı törətməyə çalışıb" - Kanada mətbuatı

08 oktyabr, 2021 17:53

Müəllif: Robert M.Katler

Bu günlərdə İran Azərbaycanla sərhədi yaxınlığında hərbi təlimlər keçirib. Bunun 3 səbəbi ola bilər. Birincisi, daha əvvəl Azərbaycan, Pakistan və Türkiyə hərbi birləşmələrinin İranla sərhəddən 500 kilometr məsafədə hərbi təlimlər keçirməsi, ikincisi, Azərbaycanın İrana məxsus yük maşınlarının hərəkətinə məhdudiyyət qoyması (bu yük maşınları Ermənistana deyil, Azərbaycanın hazırda rusiyalı sülhməramlıların nəzarətində olan Qarabağ regionuna gedirmiş), üçüncüsü, Azərbaycan-İsrail əlaqələri.

Tehrah Azərbaycan və Türkiyə ordularının Naxçıvanda birgə hərbi təlim keçirməsindən narahatdır. Halbuki, Bakı ilə Ankara bu təlimlərin hücum deyil, müdafiə xarakterli olduğunu bildirir. Görünür, bir çox ekspert Qars müqaviləsinə (1921) əsasən Türkiyənin Azərbaycanın Naxçıvan Muxtar Respublikasının statusuna zəmanət verən əsas dövlət olduğunu bilmir. Xatırladaq ki, Azərbaycanın sərhədləri məhz bu sənədlə müəyyən edilib. Qars müqaviləsi Türkiyə, Rusiya Sovet Federativ Sosialist Respublikası və Cənubi Qafqazın üç dövləti arasında imzalanıb (SSRİ hələ 1922-ci ildə yaradılacaqdı).

Faktiki olaraq, İran ilk dəfədir ki, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Azərbaycan əraziləri Ermənistanın işğalı altında olarkən, Tehran heç vaxt bu addımı atmayıb. Üstəlik, İran bütün bu illərdə Yerevanın işğalçı siyasətinə etiraz belə, etməyib.

Bəlkə də İranı həm də bir zamanlar “boz zona” olmuş bu ərazilərdə daha qeyri-qanuni fəaliyyət göstərə bilməyəcəyi də qıcıqlandırır.

Amma Tehranla Bakı arasında münasibətlərin pisləşməsinin əsasında daha çox bir fakt dayanır: Ermənistan on illər ərzində İranın müttəfiqi kimi hərəkət edib.

Bəzi dairələ, daha çox İran tərəfdarı olanlar baş verənlərin İsraillə bağlı olduğunu deyirlər. Onlar İranın Azərbaycan və İsrail tərəfindən “mühasirəyə alındığı” haqda absurd fikirlər səsləndirirlər. Guya iki qonşu arasında problem də bu üzdən yaranıb. Halbuki, Tehran hələ 1992-ci ildə Cənubi Qafqazdakı münaqişədə məhz Ermənistanın tərəfini tutmuşdu. Azərbaycan isə İsraillə strateji əlaqələrini 1998-ci ildən inkişaf etdirməyə başlayıb.

İran 2007-ci ildə Ermənistana uzanan vacib qaz kəmərinin açılışını da edib. Bu da son deyil. Tehran İran-Ermənistan sərhədində yerləşən Araz çayı üzərində iki su elektrik stansiyası tikib, iki dövlət arasında avtomobil magistralı çəkib, dəmir yolu tikintisi ilə bağlı addımlar atıb.

Baş verənlər fonunda İran Xarici İşlər Nazirliyi Azərbaycanı üçüncü ölkələrin (məsələn, İsraili) onun ərazisindən istifadəsinə imkan verməməyə çağırıb. Azərbaycan prezidenti İlham Əliyev isə öz növbəsində bəyan edib ki, “bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq”.

Bu arada, Bakı ilə yəhudi dövləti arasında təhlükəsizlik sahəsində əməkdaşlıq faktiki olaraq, Azərbaycanda İranın təşəbbüsü ilə həyata keçirilməsi planlaşdırılan terror hücumlarının qarşısını alıb. Məsələn, Bakıda 2012-ci ildə keçirilmiş “Eurovision” mahnı müsabiqəsi zamanı. Bu əməkdaşlıq 2013-cü ildə İsrailin Azərbaycandakı səfirliyinə qarşı qəsd planlarının həyata keşməsinə də mane olub.

İranın Azərbaycanla sərhəddəki son addımları göstərir ki, Tehran Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyinin bərqərar olmasında maraqlı deyil. Üstəlik, bu o deməkdir ki, İran “altılıq platforması”nda (Türkiyə, Rusiya və üç Cənubi Qafqaz dövləti ilə birgə) iştirak etməyi də düşünmür. Halbuki, regionda inkişafın təmini, humanitar nöqteyi-nəzərdən rifah məhz bu platformadan asılıdır.

Ermənistan hələ 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı təcavüzkar siyasətini gerçəkləşdirmək, onun ərazilərini işğal etmək üçün İranın yardımına ehtiyac duyub. Amma indi Bakı-Yerevan münasibətlərində müsbət əlamətlər hiss olunur. Məsələn, İran bu günlərdə hava məkanını Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçmalı olan hərbi təyyarələrin üzünə qapatdığını bəyan edib. Bundan cəmi bir gün sonra Azərbaycan təyyarəsi Naxçıvana ilk dəfə Ermənistan üzərindən uçub.

Azərbaycan isə öz növbəsində Tehranın hərəkətlərinə cavab olaraq, İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisini və ona bağlı olan məscidi bağlayıb.

Görünən odur ki, hazırda Tehran Bakı ilə yeni qarşıdurmada Moskvanın dəstəyini qazanmağa çalışır. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu günlərdə Moskva səfəri zamanı səsləndirdiyi təxribatçı bəyanatlar ən azı belə təəssürat yaradır. İran Cənubi Qafqazda “geosiyasi dəyişikliklər”i qəbul etməyəcəyini deyir. Amma o özü 1990-cı illərin əvvəllərində Ermənistanın işğalı nəticəsində meydana gəlmiş və ötən ilə qədər davam etmiş geosiyasi dəyişikliklərə etirazını bildirmirdi.

Tehran bir qayda olaraq narazılığının İsraillə bağlı olduğu haqda görüntü yaratmaq istəyir. Lakin nu narazılıq daha çox Türkiyə ilə bağlıdır. Yeri gəlmişkən, livanlı şiə alim Şeyx Sübhi Tüfeyli maraqlı fiki söyləyib: “İranın xarici işlər naziri mənə demişdi ki, Tehran Türkiyənin digər türkdilli dövlətlərlə əlaqələrini kəsməyə çalışır. Odur ki, İran erməniləri Türkiyəyə çətinlik yaratmaq üçün dəstəkləyir”.

Demək, bu məqsədlə İran Cənubi Qafqazda İsrail amili ilə sadəcə, manipulyasiya edir. Amma Tehranın sərt bəyanatlarına rəğmən, bu gün Bakı ilə Yerevan arasında münasibətlərdə müsbət tendensiyalar müşahidə olunur.

Bundan başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarının Azərbaycanla bağlı narahatlığını bölüşməyib. O, həmkarını regional əməkdaşlığı inkişaf etdirməyə çağırıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə bildirib ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanla tərəfləri narahat edən məsələləri birbaşa müzakirə etməyə hazırdır. Bəli, hadisələrin müsbət istiqamətdə inkişafı labüddür. Bu, regionda uzun illərdir gözlənilən sülhün bərqərar olması üçün yeganə yoldur.

İngilis dilindən tərcümə - WorldMedia.az

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"