Avropa İttifaqına məsləhət - "Qarabağa dair məsələlərdə Moskva ilə işləmək lazımdır"

09 oktyabr, 2021 12:02

Qarabağ müharibəsinin başa çatmasından sonra yaranmış yeni status-kvo beynəlxalq oyunçular üçün münaqişə tərəfləri ilə qarşılıqlı vasitəçilik fəaliyyəti üçün az yer qoyur. Bununla belə Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında gərginliyin yumşaldılması üçün ünsiyyətə dəstək verməlidir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu özünün son hesabatında belə tövsiyə ilə çıxış edib. Avropa beyin mərkəzinin təhlilçiləri hesab edirlər ki, real irəliləyişin əldə edilməsi üçün stimullar da işlənib hazırlanmalıdır. Amma bunun üçün Moskva ilə işləmək lazım gələcək, çünki yerlərdə onun sülhməramlıları dayanıb və məhz Moskva münaqişə tərəflərinə ən böyük təsir rıçaqlarına malikdir.

Hesabata əsasən Avropa İttifaqı və onun üzv dövlətləri Yerevanı və Bakını müharibəsonrası məsələlərin həlli, o cümlədən sərhədlərin demarkasiyası barədə danışıqlara başlamağa çağırmalıdır. Təşkilatın hesabatına əsasən Brüssel və Avropa İttifaqına üzv dövlətlər Azərbaycanla Ermənistan arasında incəliklə düşünülmüş məkik diplomatiyasını davam etdirməlidir.

Hesabatda qeyd olunur ki, uzun illər ərzində Brüsselin Qarabağ münaqişəsinə dair danışıqlardakı rolu məhdud xarakter daşıyırdı, çünki Avropa İttifaqı formal olararq Minsk Qrupunun üzvü deyildi. Bu gün isə Bakının Minsk Qrupunun fəaliyyətindən faktiki imtina etməsi, onun fəaliyyətini aktual hesab etməməsi Avropa İttifaqının iştirakının əhəmiyyətini artırır. “Brüsselin Bakı və Yerevanla birbaşa əlaqələri məsələn, bu ilin iyun ayında 15 erməni əsirin ermənilər tərəfdən minalanmış ərazilərin bir hissəsinin xəritəsinə dəyişdirilməsinə imkan verdi”, - hesabatda deyilir.

Lakin hesabat müəlliflərinə görə, Avropa İttifaqının iştirakı Bakının Minsk Qrupu ilə işləməkdən imtina etməsi nəticəsində yaranan boşluğu doldurmur. Brüsselin Bakı və Yerevanla münasibətləri gələcək müzakirələrdə Minsk Qrupunun rolunun müəyyən edilməsinə də kömək edə bilər.

Hesabatda deyilir ki, Moskvanın bu münaqişədəki rolunu, o cümlədən vasitəçi və sülhyaratma missiyasını nəzərə alaraq Avropa İttifaqı Rusiya ilə sıx əməkdaşlıq etməlidir. “Xoşbəxtlikdən Rusiyanın və Avropanın maraqlarının toqquşduğu bir çox regionlardan fərqli olaraq Rusiya Qarabağ məsələsində Qərb ölkələri ilə əməkdaşlıq etməyə hazırdır", - təşkilat vurğulayır.

Hesabata görə Avropa İttifaqı Rusiyaya Bakı və Yerevanı sərhədlərin demarkasiyasına dair danışıqlara sövq etmək işində də kömək etməlidir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"