"İsrail bazaları"na dair daha bir cəfəngiyyat - Bu dəfə İranın sərhəd komandanından

09 oktyabr, 2021 13:52

İran generalları Azərbaycanda yerini bilmədikləri “İsrail bazalarını” necə nəzarətdə saxlayır?

İranın rəsmi şəxsləri Azərbaycanın ünvanına əsassız, faktsız, tamamilə yalan və iftiraya söykənən iddia və ittihamlar səsləndirməkdə davam edirlər. 

"Azsiyaset" azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə “Fars” Agentliyi məlumat verib.

Azərbaycana qarşı iftira kampaniyasında iştirak edən qonşu ölkənin din xadimlərinə, dini liderinə, ayrı-ayrı hərbi generallarına və XİN rəhbərinə İranın Dövlət Sərhəd Xidmətinin rəisi general Əhməd Əli Qodarzi də qoşulub. General bildirib ki, İsrail Azərbaycan ərazisində, İranla sərhəddə mövcuddur və İranı təhdid edir.

Ancaq maraqlıdır ki, Qodarzi də digərləri kimi əminliklə İsrailin buradakı fəaliyyətlərindən, hərbi obyektlərindən danışsa da, onların harada, nə zaman yerləşdiyini, sayını və s. deyə bilməyib.“İsraillilər sərhəd boyu mövcuddurlar, lakin onların bazalarının dəqiq sayı məlum deyil” deyən general, buna baxmayaraq, İranın “ayıq-sayıq” olduğunu bildirib: “İran sərhədlərinin həssas sahələrində casusluq edirlər, amma biz onların fəaliyyətinə tam nəzarət edirik. Onlar İranın çəkindirici gücünü bilir, ona görə də əllərindən gələn ancaq region ölkələrini sərhədləri dəyişmək üçün təxribata çəkmək, İran yük maşınlarına qadağa qoymaq və onların hərəkətinə görə rüsumları artırmaqdan ibarətdir. Biz regiondakı hərəkətliliyi elektron və optik sistemlərin, PUA-ların köməyi ilə tam izləyirik”.

Növbəti dəfə şər-böhtana əsaslanan, fantastik fərziyyələr üzərində qurulan bu ittihamlar ilk növbədə İrandakı rejimin saxtakarlığını, primitivliyini və qeyri-ciddiliyini ortaya qoyur. Bir tərəfdən həmin bu İran sərhədlərinə cavabdeh olan general hansısa “İsrail bazalarından” və İranın “regiondakı hərəkətliliyi elektron və optik sistemlərin, PUA-ların köməyi ilə tam izləmək” imkanlarından danışır, digər yandan isə nə bu “bazaların” yerini, nə də sayını bilmədiklərini deyir.

Əgər doğrudan da belə obyektlər varsa, lakin İran onların sayını və yerini tapa bilmirsə, o zaman İranın sərhəd xidməti, adı çəkilən PUA-ları, optik cihazları və s. nəyə yarıyır? Bunu elə ilk növbədə İran cəmiyyəti öz hakimiyyətindən soruşmalıdır. Yox, əgər bu obyektlər barədə heç bir dəqiq, ciddi məlumat yoxdursa(ola da bilməz-red.), o zaman İranın bu şər-böhtan kampaniyası nəyə lazımdır və nəyə xidmət edir? Və İran hərbçiləri, sərhədçiləri və s. yerini və sayını bilmədikləri, əslində isə ümumiyyətlə, mövcud olmayan şeylərlə necə mübarizə aparır? Bu, şizofreniya xəstəliyinin əlamətləri deyil də, nədir?

İranın yük maşınlarına gəlincə, sözügedən generalın deyəsən həm də görmə və anlama qabiliyyətində problemlər var. Bütün dünya bilir ki, barəsində bəhs etdiyi Gorus-Qafan yolunun Azərbaycan hissəsindən keçən hissəsində İranın yük maşınlarını saxlayıb, qanuni şəkildə rüsum tələb edən İsrail yox, Azərbaycan rəsmi qurumları, sərhəd və hüquq-mühafizə orqanlarıdır. Bunun səbəbi də İranın başında duranlara çox yaxşı məlumdur. 

Belədə İsraili bəhanə etmək, onu zorla araya “dürtmək” və Azərbaycana qarşı arqument kimi istifadə etmək göstərir ki, İrandakı rejim həyasızlığın və saxtakarlığın ən yüksək məqamına çatıb...

Bütün bunlar onu deməyə əsas verir ki, İran hakimiyyəti bu cığallığı və şər-böhtanı ilə sadəcə, özünü biabır etməkdə, Azərbaycan cəmiyyətində onsuz da aşağıdan da aşağı olan nüfuzunu tam yerin dibinə soxmaqda davam edir...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"