İran Azərbaycanda terror planlaşdırmışdı - Vaxtilə İsraildən silahlar alan Tehran indi niyə narahatdır?

09 oktyabr, 2021 15:14

2012-ci il Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı İran terror planlaşdırırdı. Azərbaycan-İsrail arasında təhlükəsizlik sahəsindəki əməkdaşlıq nəticəsində bu terrorun qarşısı alınmışdı.

Azərbaycan bundan sonra taktiki yox, strateji addımlar atmalıdır. Taktiki addımlar mövcud situasiyaya hesablanırsa, strateji addımlar davamlı və qarşıdakı müəyyən bir dövrü əhatə edən addımların konsepsiyasıdır.

Düşünürəm ki, Azərbaycan qonşu dövlətlərlə, xüsusilə də İranla bağlı strateji qərarlar qəbul etməlidir. Sabah İranın yumşalması bizim onunla bağlı strateji (tutaq ki, ən azı 30 ilə hesablanmış) qərarlarımıza təsir etməməlidir.

İkinci Qarabağ Müharibəsi zamanı İsrailin ölkəmizə verdiyi dəstəyin həqiqi miqyası İsrail-Azərbaycan arasındakı səmimi münasibətlərin növbəti ifadəsi idi. Yəni, İsrail Azərbaycanla Ermənistan arasında çoxdan seçim edib və ölkəmiz İsrail üçün əsas strateji dostdur.

Bəs İran bu seçimi edibmi? Rəsmi Tehran bir neçə gün bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dili ilə bildirdi ki, "Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik".

İran açıq şəkildə ifadə edir ki, belə bir seçim olmayacaq və Ermənistan İran üçün yaxşı qonşudur. Qısası, İran Azərbaycanla Ermənistan arasında heç bir fərq görmür. Deməli, növbə bizdədir, biz doğru seçim etməli idik və bunu etməyi bacardıq.

İsrailin Azərbaycana dəstəyi İran üçün ölüm nötqəsidir. Buna görə də, hələ 2013-cü ildə İran xüsusi xidmət orqanları İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşlarına qarşı sui-qəsd planları da hazırlamışdı.

Əgər diqqət ediriksə, bir müddətdir İsrail-Türkiyə arasındakı gərginlik manşetdən düşüb. Bu, həm də Azərbaycanın ciddi və aldığı strateji qərarlar nəticəsində mümkünə çevrilib. Azərbaycanın Türkiyə-İsrail əlaqələrinin istiləşməsindəki körpü rolunu oynaması İranın "maraqları"na cavab vermir. Çünki regionda İsraillə düşmənçilik münasibətinin yalnız Tehranla olması İranı tərkislah halına gətirir. İran Türkiyəni İsrailə qarşı özünə mütəffiq görürdü. Amma bu da olmadı.

Azərbaycanın İsraildən silah almasını doğru addım hesab etməyən İran öz yaxın tarixini unudur. Məsələn, 1980-1988-ci illlərdə İran-İraq müharibəsi zamanı İran İsraildən və ABŞ-dan silahlar almışdı. Müharibə zamanı İraq tankları İran tanklarından üç dəfə çox idi. Bəs İran İsraildən və ABŞ-dan necə silah almışdı? Tamamilə məğlub duruma düşən İran "Hizbullah" vasitəsilə İsrailin və ABŞ-ın Livanda və digər ölkələrdəki diplomatlarını əsir götürmüşdü. İran daha çox silah istəyirdi. Onsuz da İran hərbi arsenalının böyük hissəsini İngiltərə, Almaniya silahları təşkil edirdi. Diplomatların əsir götürülməsini İsraildən silah almaq üçün etdiklərini açıqlamaqdan çəkinməyən İran mənbələri qəbul etmək istəmirlər ki, hər üç ölkə arasında əsirlərin dəyişdirilməsi əsas predmet idi. Yəni, İsrail İranın təhdidlərinə boyun əyən deyildi, təhidlə İrana silah verməzdi və heç vaxt da belə olmayıb.

Dini nöqteyi-nəzərdə yanaşsaq, bu məsələdə İran yenə haqsızdır. Tehranın bu addımı Süffeyn döyüşündəki kimi Quran vərəqlərinin nizələrə keçirilməsinə bənzəyir. Məqsəd Həzrət Əlinin (Ə) qoşunlarını parçalamaq idi. Quranı nizələrə keçirən isə Müaviyənin əsgərləri idi. İran "Ya Əli", "ya Hüseyn" şüarları ilə çıxış etsə də, görünən budur ki, Əlidən yox, Müaviyədən nümunə götürüb.

Samir Feyruzov 

Azsiyaset.com

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"