İran nədən qorxur? - Rusiya agentliyi şərh edir

10 oktyabr, 2021 10:40

“Son günlər baş verən hadisələr İranla Azərbaycan arasındakı ziddiyyətləri yeni səviyyəyə qaldırdı. Bakı və Tehran uzun illərdir bir-birinə inamsızlıq göstərdikdən sonra nəhayət tamhüquqlu əməkdaşlığa zəmin tapmış kimi görünürdü. Ancaq Qarabağdakı son savaş həm bölgədəki qüvvələr nisbətini, həm də Azərbaycan tərəfinin mövqeyini dəyişdi”.

"Azsiyaset" xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Tehran İsrailin Azərbaycanda olması və Türkiyənin bölgədə güclənməsindən narahatdır.

Məqalə müəllifi Smagin Nikitanın fikrincə, Təl-Əvivlə Bakı arasında əlaqələrin inkişafı Tehranı ciddi şəkildə narahat edir: “Hər şeydən əvvəl İran tərəfi “əbədi düşməni” (İsrail) üçün birbaşa şimal-qərb sərhədləri yaxınlığında baza qurmasından qorxur”.

Müəllif İranın hədə-qorxularına baxmayaraq, Azərbaycanın mövqeyinin dəyişməz olduğunu yazıb:

“Azərbaycana gəlincə, görünür, qərarını verib - İsraillə qarşılıqlı əlaqə ciddi və uzunmüddətlidir. Üstəlik, son Qarabağ müharibəsində qalib gələn Bakı kiminlə əməkdaşlıq etməli olduğunu yaxşı bilir və indi özünü çox inamlı hiss edir”.

Ermənistana gəldikdə, müəllif qeyd edib ki, Ermənistan ərazisi Şimal-Cənub nəqliyyat dəhlizi üçün alternativ yoldur: “Azərbaycan Qafqazda bu layihənin əsas iştirakçısı olaraq qalır. İran tərəfi də bu perspektivli tranzit marşrutu üçün alternativini itirmək istəməz”.

Məqalədə bildirilib ki, sərhədin hər iki tərəfindəki şiddətli ritorikalar və hərbi təlimlər Azərbaycanla İran arasında dərinləşən gərginlik baxımından risklər daşıyır: “Amma hərbi əməliyyatların başlayacağı gözlənilən deyil. Hər iki ölkə üçün bu, son dərəcə mənfi nəticələrə malik olan tamamilə dözülməz yükdür”.

Müəllifin fikrincə, qarşıdurmanın hibrid variantı nəzəri cəhətdən mümkündür, eyni zamanda çox böyük risklər də daşıyır:

“İranın digər ölkələrdə silahlı qruplaşmalar yaratmaqda böyük təcrübəsi var. Şiələrin üstünlük təşkil etdiyi Azərbaycan bunun üçün uyğun ola bilər. Amma Azərbaycanda milli kimlik dini kimlikdən qat-qat güclüdür və bu amil Qarabağdakı son qələbə fonunda vətənpərvərliyin artması ilə əlaqədar daha da güclənib. Üstəlik, Tehran bu strategiyadan hakimiyyət boşluğu olan ölkələrdə istifadə edir. Bugünkü Azərbaycan isə İraq və Livan kimi uğursuz dövlətə bənzəmir. Tehran özü də başa düşür ki, Azərbaycanda “Həşd əş-Şabi” və ya “Hizbullah” bənzər qruplaşmalar yarada bilməyəcək. Bunu qəbul etməkdən başqa çarəsi yoxdur”.

Müəllif qeyd edib ki, son illərdə İran və Azərbaycan arasında iqtisadi sahədə qurulan yüksək əməkdaşlıq da hibrid qarşıdurmanı istisna edir: “Bakı və Tehran yaxşı əməkdaşlıq səviyyəsinə çatıb və bunu inkişaf etdirmək ümidindədir. Gərginliyin başqa bir müstəviyı qalxması isə buna son qoya bilər. Buna görə də, hər iki ölkə mövcud gərginliyin açıq qarşıdurmaya çevrilməməsi üçün əlindən gələni edəcək. Amma problem ondadır ki, tərəflər arasındakı əsas ziddiyyətlər qalacaq”.

Müəllif Azərbaycanın müttəfiqlərinin artıq məlum olduğunu vurğulayıb:

“Artıq Bakı müttəfiqlərini seçib. Türkiyənin güclənməsi İranı İsrailin varlığından daha az narahat edir, amma bu da İran üçün vacib amildir. Bununla belə, İran seçim etmək məcburiyyətində deyil - Qafqazda həm Ankara, həm də Təl-Əvivlə məşğul olmalı olacaq”.

Məqalədə İranın istək və hədələrinə baxmayaraq, güzəşt edən tərəfin Azərbaycan olmayacağı diqqətə çatdırılıb: “Son müharibədən qalib çıxan Bakının belə bir ssenariyə bu qədər asanlıqla razılıq verəcəyi ehtimalı azdır. Hər halda, İran və Azərbaycan arasındakı gərginlik yaxın gələcəkdə müəyyən dərəcədə qalacaq. Eyni zamanda, hər iki tərəfin rasional mülahizələri vəziyyətin real qarşıdurmaya çevrilməməsinin qarşısını alacaq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"