Serbiya çətin vəziyyətə düşüb: Rusiyanı, yoxsa Qərbi seçəcək? - "The National Interest" təhlil edir

10 oktyabr, 2021 21:02

Bu yaxınlarda Serbiya ilə tanınmayan Kosovo arasında növbəti təhlükəsizlik böhranı yaşanıb. Kosovo hökuməti, Serbiya nömrə nişanlı sürücülərin Kosovoya girərkən müvəqqəti nömrələrə keçməsini tələb etmək üçün xüsusi təyinatlı polis bölmələrini sərhəd keçidlərinə göndərib. Kosovanın şimalında yaşayan serblər buna etiraz edib və yolu bağlamağa çalışdılar. Serbiya sərhədə yaxın zirehli maşınlar və qırıcılar yerləşdirib. Bir neçə gündən sonra Avropa İttifaqı bu mübahisəni həll edib. Hər iki tərəf Aİ-nin vasitəçiliyi ilə texniki danışıqlara qoşulub.

Ancaq, ABŞ-ın "The National Interest" jurnalı yazır ki, Rusiya bu hadisədə Serbiyaya "qayıtmaq" üçün bir fürsət görüb, və bu fürsətdən istifadə etməyə çalışır. Rusiyanın Belqraddakı səfiri Aleksandr Botan-Xarçenko Serbiyanın müdafiə naziri Neboyşa Stefanoviç və Serbiya Ordusunun Birləşmiş Qərargah rəisi Milan Moisiloviçin müşayiəti ilə Kosovo yaxınlığında yerləşən və yüksək hazırlıq vəziyyətinə gətirilmiş Serbiya ordu qarnizonunu ziyarət edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova vəziyyətlə bağlı "Rusiyanın narahatlığını" ifadə edib. Serbiya prezidenti Aleksandr Vuçiç isə "Kosovo məsələsi ilə bağlı məsləhətləşmək" üçün səfir Botan-Xarçenkonu qəbul edib. Qeyd olunur ki, bu hadisələr, münasibətlərin bir müddət ərzində geriləməsindən sonra, Rusiyaya Serbiyaya "qayıtmaq" imkanı verib. Bu, onu göstərir ki, Moskvanın ölkədə nüfuzu azalsa da, tamamilə yox olmayıb.

2020-ci ildə Serbiya-Rusiya münasibətləri çətin bir dövr yaşayıb və Rusiya ölkədə bir neçə uğursuzluqla üzləşıb. Xüsusilə, Rusiya Vuçiçin Donald Tramp administrasiyasının köməyi ilə Kosovo mübahisəsini həll etmək cəhdlərindən narazı idi. Üstəlik, Moskva üçün bu qərar Belqradın ümumiyyətlə Vaşinqtona üz tutmaq istədiyinə işarə olub. Bu dövrdə, həmçinin, məlum olub ki, Serbiya Qərbdən kənar əsas tərəfdaşı statusunda artıq Rusiyanı yox, Çini görür.

Ancaq şərtlər yenə Rusiyanın xeyrinə dəyişib. Trampın yenidən seçilməsini gözləyən Vuçiç, indi Baydenin administrasiyasından Kosovo münaqişəsi ilə bağlı daha sərt mövqesindən narahatdır. Bu fonda Belqrad Rusiya ilə münasibətlərin möhkəmlənməsi istiqamətində bir sıra addımlar atıb. Məsələn, 2020 -ci ilin dekabrında BMT Baş Assambleyasında Serbiya Krım məsələsində Rusiyanı dəstəkləyib. Eyni ayda Belqradı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ziyarət edib.

"The National Interest"-in məqaləsində qeyd olunur ki, Vuçiç baş verənlərin fonunda çətin vəziyyətə düşüb. Qərbə həddindən artıq yaxınlaşsa, rusiyapərəst seçicilərin arasında dəstəyi azalacaq, Rusiyaya isə üz tutsa, Qərbin dəstəyini itirəcək, və iqtidarda qalması sual altına düşəcək.

Vurğulanır ki, Rusiya ənənəvi təsir məxanizmlərlə yanaşı, Serbiyada "Sputnik V strateqiyasını" reallaşdırır. Rusiya ilə razılaşma əsasında Serbiya bu peyvəndi artıq istehsal etməyə başlayıb. Bu Belqrada öz "peyvənd diplomatiyası"nı aparmaqa imkan verir.

Jurnal yazır ki, Serbiya-Rusiya əlaqələri bir qədər geriləsə də, tamamilə yox olmaqdan çox uzaqdır. Yaxın gələcəkdə Serbiya-Rusiya tərəfdaşlığı çərçivəsində çox geniş miqyaslı tədbirlərin baş verəcəyi ehtimalı azdır. Lakin yuxarıda sadalanan amillər Rusiyanın Serbiyada əhəmiyyətli oyunçu olaraq qalmasını təmin edir. Kosovo böhranı göstərir ki, Rusiya bölgədə mövqələrini saxlamaq üçün bütün imkanlardan istifadə edəcək(virtualaz.org). 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI