ABŞ-dan Moskvaya yüksək missiyalı səfər - Nuland Putindən nə istəyəcək?

11 oktyabr, 2021 21:26

ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland oktyabrın 11-də Moskvaya ikigünıük səfərə gedir. O, Rusiyanın aparıcı rəsmiləri ilə iki ölkə arasında ikitərəfli və beynəlxalq məsələlər üzrə danışıqlar aparacaq.

Rusiya dövlət mediasının yazdığına görə, Nuland Prezident Vladimir Putinin işlər idarəsinin müavini Dmitri Kozak, prezidentin köməkçisi Yuri Uşakov, Xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşəcək.

Kozak Putinin Ukraynanın şərqindəki münaqişə üzrə müşaviridir. Moskva həmin münaqişədə hökumət qüvvələri ilə savaşan separatçıları dəstəkləyir.

Səfər öncəsi Moskva Nulanda qarşı sanksiyaları qaldırmağa razılaşıb. Əks halda o, Rusiyaya daxil ola bilməyəcəkdi. Əvəzində Birləşmiş Ştatlar da sanksiya siyahısından bir Rusiya rəsmisinin adını çıxarıb. Həmin rəsminin adı çəkilməsə də, Rusiya mediası onun Xarici İşlər Nazirliyinin şöbə müdiri Konstantin Vorontsov olduğunu yazır.

Bu arada Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnı həbsxana rəsmiləri tərəfindən “ekstremist və terrorçu ideologiyanı yayan” şəxs elan edilib. Bu haqda Navalnı oktyabrın 11-də “Instagram”da yazıb.Navalnı yazır ki, həbsxana komissiyası yekdilliklə bu təsnifata səs verib. Bu səbəbdən o, yaşıl zolaqlı həbsxana şalvarında gəzməlidir.

Korrupsiya ilə mübarizə aparan Navalnı terrorçu təsnifatının müsəlmanlara, millətçilərə və futbol fanatlarına şamil olunduğunu qeyd edib. Həmin komissiya 45 yaşlı Navalnını “qaçmağa meylli” olanların qrupundan çıxarıb. Yanvarda Moskvadan həbs olunandan bəri müxalifətçi bu təsnifat altında idi. Özü və vəkilləri şikayətlənirdilər ki, nəzarətçilər gecələr hər saatın başında onu oyadaraq yoxlayırlar.

“Bu yaxşı xəbərdir. Ekstremistlər və terrorçular qaçmağa meylli olanlar qədər yorucu şəkildə yoxlanılmır. Onları heç kəs yoxlamır. Qorxurdum ki, Prezident Vladimir Putinin portretini öpməyə, yaxud keçmiş prezident Dmitri Medvedevdən sitatlar əzbərləməyə məcbur edilərəm, ancaq belə olmadı. Sadəcə, terrorçu olduğumu bildirən nişanə gəzdirəcəyəm”, – o yazıb.

Bu ilin əvvəlində Navalnının Antikorrupsiya Fondu (FBK) və regional ofislər şəbəkəsi Ədliyyə Nazirliyi tərəfindən “ekstremist təşkilatlar” adlandırılıb.

Navalnı 2020-ci ilin avqustunda Sibirdə sinir qazıyla zəhərlənəndən sonra Almaniyada müalicə olunub. O, yanvarda Rusiyaya qayıdan kimi həbs olunub, tərəfdarlarının siyasi motivli hesab etdiyi ittihamlarla 2 il yarım həbsə məhkum edilib.

Son aylar Rusiyada Navalnının siyasi şəbəkəsi və Antikorrupsiya Fonduna (FBK) qarşı irimiqyaslı təzyiq kampaniyası aparılıb. Fond illərdir Rusiyanın siyasi və biznes elitasında iddia olunan korrupsiyanı ifşa edir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"