İran və Səudiyyə Ərəbistanı arasında barışıq sazişi

12 oktyabr, 2021 09:34

İran və Səudiyyə Ərəbistanı hər iki ölkədə konsulluqların yenidən açılması barədə razılıq əldə ediblər.

"Azsiyaset" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Konsulluqların işinin bərpası ilə bağlı razılığa əldə edilib", - agentlik onun sözlərindən sitat gətirib. "Düşünürəm ki, yaxın həftələrdə münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma olacaq", - o əlavə edib.

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə Tehranla Ər-Riyad arasında indiyə qədər beş raund danışıqların keçirildiyini bildirmişdi.