Suriya da İrandan üz döndərdi

12 oktyabr, 2021 12:33

Müəllif: Cəmal Büstani

Ötən şənbə Dəməşqdə İranın xarici işlər naziri Əmir Abdollahianla Suriya prezidenti Bəşər Əsəd arasında danışıqlar keçirilib.

Bu görüşlə bağlı rəsmi məlumatların azlığı İran-Suriya münasibətlərində ciddi ziddiyyətlərin mövcudluğunu təsdiqləyir.

Sanki tərəflər ətraf dünyanı hər şeyin çox yaxşı və buludsuz olduğuna, münasibətlərin sürətlə yeni parlaq zirvələrə doğru yüksəldiyinə və onlara heç nəyin mane ola bilməyəcəyinə inandırmağa çalışırlar.

"BMT Baş Assambleyasının sentyabrda göstərdiyi kimi, beynəlxalq diplomatik ab-hava Suriyanın xeyrinə dəyişib", - Abdollahian “əziz qardaş”ı Bəşərə sevinclə bildirir. Bəşər isə cavabında geniş təbəssümlə ümumi qələbədən, irəlidəki yüksəlişdən və “Qərb oxunun sarsıdıcı çöküşü”ndən danışır.

Abdollahianın sifətindən təbəssüm o biri otaqda, bağlı qapılar arxasında yoxa çıxdı...

Və bu mənzərə İran diplomatiyasının rəhbəri ilə Suriya prezidenti bağlı qapılar arxasına keçdikləri ana qədər davam edir.  Orada isə göz-gözə danışıqlarda İran-Suriya münasibətlərinin bugünkü əsas mahiyyəti, yəni, artmaqda davam edən ziddiyyətlər özünü göstərir.

Bəşər Əsədi müxtəlif cür dəyərləndirmək olar, ancaq istənilən halda o, axmaq deyil, əks halda Yaxın Şərq və konkret olaraq Suriya terrariumunda sağ qala bilməz.  Və o, çox gözəl anlayır: Əgər dörd-beş il əvvəl İran onun üçün xilasedici həb idisə, son illərdə Suriyanın zəhərinə çevrilib.

Daha çoxunu söyləmək olar - əgər əvvəllər Suriya müxalifəti “Əsədə ölüm!” şüarı ilə yaşayırdısa, indi buraya “İran işğalçılarına ölüm!” şüarı da əlavə olunub. Və Abdollahian “əziz qardaş”ı Bəşərlə birlikdə amerikalıların Əfqanıstandan çəkilməsini bayram edəndə düşünməliydilər ki, milyonlarla suriyalı üçün onların rejimi heç də əfqanlar üçün Talibandan və ya ABŞ-ın işğalından  yaxşı deyil.

İran Əsəd rejimi üçün təkcə ağır yük deyil, həm də işğalçıdır...

Xatırlamaq yetərlidir ki, İran  Suriyada planlı şəkildə sosial-etnik “ərazi formatlaşması” aparır, yəni Əsəd rejiminə loyal olmayan sünni ərəbləri torpaqlardan qovaraq yerinə şiə proksilərini və onların ailələrini yerləşdirir.  Bu isə suriyalıların nəzərində işğaldan başqa bir şey deyil.

Ancaq Tehranla müttəfiqliyin Dəməşq üçün yükə çevrilməsinin əsas səbəbi puldadır.  İranın Əsədi bəsləmək üçün pulu praktik olaraq qalmayıb.  Əsədi tam həcmdə maliyyələşdirməyə davam etmək İranın öz daxilində partlayışa aparıb çıxara bilər. İranda Suriya ilə bağlı xərclər getdikcə daha çox ictimai narazılıq doğurur. İran biznesinin Suriyada əldə etdiyi konsessiyaların da istər İran büdcəsi, istərsə də Suriya iqtisadiyyatı üçün xüsusi rolu yoxdur.

Suriyanın rekonstruksiyasına və deməli həm də Əsəd klanının gəlirlərinin əvvəlki həcmdə bərpa olunmasına  isə yalnız istər Körfəz monarxiyalarından, istərsə də digər dövlətlərdən gələn xarici investisiyalar kömək edə bilər - ancaq nə qədər ki, İran Suriyada “birinci skripka”dır, investisiyalar olmayacaq.  Nəticədə Suriya-İran ittifaqı Əsədin özü üçün də toksik olaraq onu xarici yardımdan məhrum edir.

Əsəd İran süngülərinə arxayın ola bilər və elə onların sayəsində də Suriya ərazisinin böyük hissəsini öz hakimiyyəti altında saxlamağa nail olub. Ancaq bu süngülərdə nə qədər çox otursa, bir o qədər böyük narahatlıq hiss edir.  Üstəlik, “İranla əlaqələri kəs - şokolad içində olacaqsan” tipli təkliflər də get-gedə daha çox səslənir - ilk növbədə BƏƏ-dən, elə Səudiyyə Ərəbistanı da kənarda qalmır.  Və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MIT) rəhbəri Hakan Fidanla Suriyanın Milli kəşfiyyatının başçısı Əli Məmlükün müntəzəm görüşlərində də gələcək iqtisadi və siyasi perspektivlərlə bağlı Əsədə xoş olan maraqlı söhbətlər aparılır.

Əgər əvvəllər, Rusiyanın Dəməşqə yardım ekspedisiyasına qədər Tehran Suriya rejiminin yeganə partnyoru idisə, hazırda bu eksklüzivliyi itirməkdədir. Və Dəməşq nə qədər gec deyil Tehrandan uzaqlaşmağa başlayıb. Elə görünür, Tehranda bunu görməməyə üstünlük verirlər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"