İrəvan İrandakı səfirini dəyişdi - Tumanyan niyə geri çağırıldı?

14 oktyabr, 2021 00:10

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan geri çağırılıb.

"Azsiyaset" erməni mediasına istinadən xəbər verir ki, prezident Aram Sarkisyanın fərmanı ilə Arsen Avaqyan ölkənin Tehrandakı yeni səfiri təyin edilib.

Qeyd edək ki, son zamanlar Tumanyan fəaliyyətsizliyinə görə ciddi şəkildə tənqidlərə məruz qalırdı.