"İran əməkdaşlıq təklifimizə cavab vermədi" - Coşkun Başbuğ

14 oktyabr, 2021 11:54

"İran regionun aktiv ölkələrindən biridir. Yəni bölgədə baş verən siyasi, hərbi proseslərdə lazımi diqqət tələb edən ölkədir. Ancaq bütün bunlara rəğmən İran Türkiyə və Azərbaycanın göstərdiyi dəstəyə layiq olmayan fikirlər səsləndirməkdədir. Hesab edirəm ki, İranın bu bəyanatları həm siyasi, həm də hərbi xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 30 illik haqq davası olan Vətən müharibəsində İran, həm İslam dövləti, əhalisinin yarısından çoxu Azərbaycan türkləri, həm də qonşu dövlət olmasına rəğmən Azərbaycanın əleyhinə mövqe nümayiş etdirdi".

Bu fikirləri türkiyəli hərbi-siyasi ekspert Coşkun Başbuğ bildirib.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsi zamanı İran hökumətinin Ermənistana və "qondarma rejimə" dəstəkləri Cənubi Azərbaycan bölgəsində kəskin etirazla qarşılanmasaydı, belə yardım və maddi-texniki təminatların ardı-arası kəsilməzdi:

"Yarısı türk və müsəlman olan bir ölkənin nə üçün bu cür çirkli əlaqələr qurduğunu düşünmək lazımdır. Bu əlaqələrə, əməllərə və faktiki addımlara etiraz edildiyi təqdirdə də, İranın hansı təzyiq metodlarından istifadə edərək öz vətəndaşlarını susdurduğu da hər kəsə məlumdur".

Coşkun Başbuğ İranın "3 qardaş" təlimlərinə narahatlığına da toxunub:

"İranın Azərbaycan, Türkiyə və Pakistanın birgə keçirdiyi "3 qardaş" hərbi təlimlərindən də narahatlığı aydın hiss olundu. Açığı, bu, təəccüb doğurmuşdu. Yəni regionun ən qüdrətli İslam dövlətlərinə belə mənasız qısqanclıq anlaşılan deyil. Halbuki biz İrana 3+3 formatında birgə əməkdaşlıq təklif etmişdik. Ancaq İran bu təklifləri və jestlərə cavab vermədi".

Ekspert vurğulayıb ki, İranda dövlət idarəetmə sistemi Azərbaycanın hərbi və diplomatik sahədə uğurlarını qısqanclıqla qarşılayır və bunu özünə təhlükə mənbəyi kimi görür:

"Bu məsələ son günlərin problemi deyil, yüz illərdən gələn, Cənubi Azərbaycandakı əhalidən yaranan əndişədən yaranan narahatlıqdır. Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycana, onun milli maraqlarına qarşı çevrilmiş hər bir hərəkət öz daxilində böyük çaxnaşmaya səbəb olacaq addımdır".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"