"Qarabağ problemi həll olunub" - Rusiya Dumasının komitə sədri

15 oktyabr, 2021 09:25

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ problemini həll edərək tarixə düşüb.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Azərbaycan din xadimlərinin Rusiyanın dini icma rəhbərləri və bu ölkədəki diaspor nümayəndələri ilə İkinci Qarabağ müharibəsində Qələbənin ildönümünə həsr olunan görüşdəki çıxışında bildirib.

O, Prezident İlham Əliyevin öz atası Heydər Əliyevin işini davam etdirərək Qarabağ problemini həll etdiyini və bunun sayəsində tarixə düşdüyünü söyləyib: “İlham Əliyev Dağlıq Qarabağı Azərbaycana qaytararaq adını tarixə yazıb. Yanılmaq lazım deyil. Bu ərazilərin tarixindən özlərini məlumatlı hesab edənlər anlamalıdır ki, burada bir həqiqət var, o da hazırki mövcud vəziyyətdir. Burada əsas rol Azərbaycan Prezidentinindir, hansı ki, o, addımbaaddım bugünkü günə gəlib çıxıb, Heydər Əliyevin vəsiyyətini yerinə yetirib. Tarixi həqiqət birdir və bu həqiqət zəfər çaldı. İlham Əliyev Qarabağ münaqişəsini həll edərək öz xalqının və dünya tarixinə düşdü”.

“İndi çox əziyyətlər çəkən torpağın sakinlərinin çox mürəkkəb olan rifah problemini həll etmək vacibdir. Bilirik ki, İlham Əliyev ən müasir Prezidentdir, o, həmin ərazilərdə gələcək qurur və bu, onda mütləq alınacaq. Bu vəzifə praktiki olaraq həlledilməz idi. Lakin bugünkü Azərbaycan bir çox həlledilməz vəzifələrin öhdəsindən gəlib. Ölkə yoxsulluqla mübarizədə qalib gəlib, postsovet məkanında iqtisadiyyatı ən çox inkişaf edən ölkəyə çevrilib. Sözsüz ki, Azərbaycan indi qarşısına qoyduğu vəzifələrin də öhdəsindən gələcək”, - deyə rusiyalı deputat vurğulayıb.

Leonid Slutski Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu xüsusi ilə qeyd edib: “Bu gün Azərbaycan Rusiyanın postsovet məkanında ən etirbarlı tərəfdaşıdır”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI