"Sərhəddə demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq" - Paşinyan

15 oktyabr, 2021 14:48

“Ermənistan Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır”.

Azsiyaset” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın və digər beynəlxalq tərəfdaşlarının dəstəyi ilə Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır.

O həmçinin qeyd edib ki, bu prosesin həyata keçiriləcəyi mühit də çox önəmlidir.