İranın ən çox qorxduğu nədir? - Pol Qobl

16 oktyabr, 2021 10:07

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl Amerikanın Səsinə müsahibədə Azərbaycanla İran arasında son həftələrdə baş verən gərginlikdən, bu gərginliyin Cənubi Qafqazdakı son durumla əlaqəsi və ABŞ-ın bu vəziyyətə münasibətindən danışıb.

- Cənab Qobl, sizin Azərbaycanla İran arasında iddiaya görə, Azərbaycanda İsrailin mövcudluğu səbəbilə yaranan gərginliyə münasibətiniz nədir?

- Düşünürəm ki, İran İsrailin etdiyi hər şeyə cavab verəcək. Və Bakı ilə Qüdsün bu qədər yaxın münasibətinin olmasını və bir çox halda əməkdaşlıq etməsini nəzərə aldıqda Tehranın İsrailin Azərbaycandan İranın nüvə obyektlərinə mümkün hücuma hazırlaşdığına dair təsdiqlənməmiş məlumatlara sərt cavab verməsini təbii bir haldır. Mən şəxsən bunun baş verəcəyinə şübhə edirəm. Amma mən bilirəm ki, iranlılar bundan çox qorxurlar, çünki Azərbaycandan hücum həyata keçirmək, İsraildən daha asan olar. Bu halda Tehranın hazırlaşması və ya nüvə proqramındakı şeyləri gizlətməsi üçün tələb olunan vaxt daha az olar. Ona görə də, baş verənlər bu mənada təbiidir və gözləniləndir. Hətta bu məlumatların doğru olmadığı bilinsə belə, İranın bu cür reaksiya verməsi gözlənilən olardı. İran Azərbaycanın dünyadakı artan rolundan və Türkiyə ilə münasibətlərindən çox narahatdır. İran Zəngəzur dəhlizinin açılmasından narahatdır. Hətta İran Ermənistanın ermənilərin Zəngəzuru adlandırdığı Sünikdən şimaldan cənuba doğru gedən dəhliz yaratması üçün pul ödəməyi təklif edib. Bu, onların yuxularında görüb, reaksiya verməyə qərar verdikləri bir şey deyildi. Bu hər zaman belə olacaq. Məncə Azərbaycanın İranın belə reaksiya verəcəyini dərk etməsi vacibdir. Bu, İranın mövqeyində fundamental dəyişiklilyin olduğuna işarə etmir.

- İranın baş diplomatı Hüseyin Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə “Biz Qafqazda geosiyasi dəyişikliklərə və xəritənin dəyişməsinə dözümlülük göstərməyəcəyik” deyib. Bu şərhlə bağlı düşüncəniz nədir? Siz bu son hadisələrin Cənubi Qafqazda müharibədən sonra yaranan vəziyyətlə əlaqəli olduğunu düşünürsünüzmü?

- İran beynəlxalq ictimaiyyətdəki bir çox ölkələrin sərgilədiyi mövqeyi sərgiləyir. Bu da beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinə olmaqdır.

Azərbaycanın mövqeyi də eynidir və 1991-ci ildə mövcud olan sərhədlərin qorunmasının xeyrinədir.

Minsk Qrupunun həmsədrlərinin mövqeyi də sərhədlərin sabitliyini qorumaqdan yanadır. Sərhədlərin dəyişməsi barədə danışan yeganə ölkə, əlbəttə ki, Ermənistandır. Onlar Stepanakertin (Xankəndi) necəsə böyük Ermənistanın bir hissəsi olmasını istəyir. Bununla birlikdə dəhlizin, nəqliyyat dəhlizinin açılması Zəngəzurun uzun zaman öncə mövcud olan tarixi durumunun bərpası məsələsini qaldırır ki, o da onun Azərbaycan dövlətinin bir parçası olduğu deməkdir. Aydındır ki, bu ehtimal İranı narahat edir, çünki bu baş versə, Türkiyənin Naxçıvan və Zəngəzur vasitəsilə təkcə Azərbaycana deyil, Orta Asiyaya birbaşa çıxışı olacaq. Bunun nəticəsində isə İran daha da təcrid oluna və zəifləyə bilər.

Buna görə də, bəli, bu durum Azərbaycanın ötən ilki qələbəsinin kontekstində yaranıb, amma bu həm də İranın davamlı mövqeyidir.

- ABŞ-ın son hadisələrə münasibəti nədir?

- Birləşmiş Ştatlar heç vaxt İranın başqa dövlətləri hədələməsindən məmnun olmayacaq. İran, tarixən terrorçu qrupların və öz sərhədlərindən kənarda hər cür zorakılıqların tərəfində olan ölkələrdən biridir. Ona görə, aydındır ki, ABŞ Azərbaycanın mövcud durumu müdafiə etməsini dəstəkləyəcək. Və zənnimcə ABŞ Azərbaycanı əvvəlkindən daha çox dəstəkləyər, çünki Azərbaycan ötən ilki 44 günlük müharibədən və orada əldə etdiyi qələbədən sonra dünyada daha mühüm bir oyunçuya çevrilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"