"Ən realist yanaşma Ter-Petrosyanın idi..." - O, əmin idi ki, Qarabağın öz müqəddəratını təyin etməsi mümkünsüzdür

16 oktyabr, 2021 17:41

3 il Ermənistanın xarici işlər nazirinin müavini, 1998-2008-ci illərdə isə XİN başçısı olan Vardan Oskanyan erməni mətbuatında Qarabağ danışıqlarının tarixi ilə bağlı maraqlı məqaləylə çıxış edib. 

Azsiyaset" azpolitika.info-ya istinadla xəbər verir ki, Ermənistanın ən tanınmış və təcrübəli diplomatlarından biri olan Oskanyan öz məqaləsində son 30 ilə yaxın müddətdə davam edən danışıqlarda Minsk Qrupunun hər zaman ermənilərin istəklərini nəzərə aldığını bildirib: “Ötən 25 ildə Minsk Qrupu münaqişənin həllilə bağlı 5 təkliflə çıxış edib. Bu təkliflərin hər biri, istisnasız olaraq, Ermənistanın həmin vaxtlardakı hakimiyyətlərinin Qarabağa dair prinsiplərini və siyasətlərini özündə əks etdirirdi.”

Oskanyanın bu fikri onu təsdiqləyir ki, Minsk Qrupu daim məhz Ermənistanın “nazı ilə oynayıb” və hər zaman öz təkliflərində İrəvanın tələblərini bütövlüklə nəzərə alaraq, onun mövqeyindən çıxış etməyə çalışıb, beləliklə də 44 günlük qanlı müharibənin Ermənistanla birlikdə 2 əsas səbəkarından biridir. Daha sonra sabiq XİN başçısı Ermənistan başçılarının ayrı-ayrılıqda münaqişənin həlli yollarına dair baxışlarını təhlil edərək, onların arasında ən realist mövqeyə Levon Ter-Petrosyanın malik olduğunu qeyd edib: “Levon Ter-Petrosyanın mövqeyi ölkənin o vaxtkı və gələcək potensialının ayıdın şəkildə qiymətləndirilməsi, realist yanaşma üzərində qurulmuşdu. Ter-Petrosyan əmin idi ki, “soyuq müharibə”dən sonrakı dünya düzəni elədir ki, Qarabağın Azərbaycandan kənarda tam öz müqəddəratını təyin etməsi mümkünsüzdür. 1997-ci ildə Minsk Qrupu bizə Ter-Petrosyanın məntiqini təsdiqləyən iki sənəd təqdim etdi. Birincisi, paket həll variantı idi ki, burada Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət nəzərdə tutulurdu. Bu layihə Ermənistan və Qarabağ tərəfindən tam inkar edildi. Bunun ardınca mərhələli həll variantı təklif olundu – status dəqiqləşdirilmədən ərazilərin qaytarılması.”

Oskanyan yazır ki, Ter-Petrosyan ikinci variantı əlacsızlıqdan da olsa, qismən məqbul sayırdı. Və məhz bu mövqeyi də onun hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəblərindən biri oldu.

10 il XİN başçısı olduğu Robert Koçaryan dövründən bəhs edən Oskanyan yazır ki, Koçaryan sərt praqmatik mövqeyilə seçilirdi: “Koçaryan əmin idi ki, ölkəni inkişaf etdirməklə, danışıqlar prosesində daha sərfəli mövqedən iştirak etmək olar. O, əsas geosiyasi oyunçuların əhvalını anladığı üçün qəti şərtlər irəli sürmürdü. Koçaryanın 10 illik prezidentliyi dövründə Minsk Qrupunun 3 təklifi olub. Onlardan Ki-Uest təklifində Qarabağ Ermənistanın yurisdiksiyasında göstərilirdi. Madrid prinsiplərinə görə isə Qarabağa keçici status verilir və gələcəkdə referendum keçirilməsi perspektivi tanınırdı.”

Serj Sarqsyana gəlincə, Oskanyan yazır ki, onun hakimiyyəti dövründə “Lavrov planı” istisna olmaqla, heç bir yeni təklif olmadı. Bu plan isə özlüyündə Madrid prinsiplərinin mərhələli variantından başqa bir şey deyildi.

Nəhayət, Nikol Paşinyan hökumətinin danışıqlar prosesindəki iştirakından danışan Oskanyan, Paşinyanı Qarabağ danışıqlarıyla bağlı özündən əvvəlki hakimiyyətlərlə məsləhətləşməməkdə günahlandırıb. Hazırda müxalifətdə təmsil olunan Oskanyan yazır ki, Paşinyanın Qarabağ siyasəti xaotik və qeyri-müəyyən olub. Onun “Qarabağ Ermənistandır” şüarı isə zərərli olmaqla, Azərbaycanın əlinə bəhanə verib.

Bütün bunlardan sonra hazırkı durumu ifadə edən Oskanyan yazır ki, Ermənistan müharibədən sonrakı reallıqları, mövcud status-kvonu nəzərə almaq məcburiyyətindədir. Minsk Qrupunun bundan sonrakı fəaliyyətinə gəlincə, sabiq XİN başçısı bunun problematik olduğunu yazır: “Status-kvonun kəskin şəkildə dəyişdiyi nəzərə alınsa, bərpa olunan danışıqların necə keçəcəyini təsəvvür etmək çətindir. Rusiyanın mövqeyinin gücləndiyi və Qarabağda öz sülhməramlılarını yerləşdirdiyi nəzərə alındıqda, çətin ki, həmsədr ölkələrin mövqeləri əvvəlki kimi bir-birilə uzlaşsın...”

Göründüyü kimi, uzun illərin diplomatı olan Oskanyan hər nə qədər günahı Paşinyanın üzərinə atmaq istəsə də, eyni zamanda vaxtında Ter-Petrosyanın mövqeyilə razılaşmağın daha doğru olduğuna işarə vurur. Lakin o da anlayır ki, artıq gecdir və danışıqlar formatından asılı olmayaraq, Ermənistanın Qarabağa dair iddialarını təzələməsinin heç bir perspektivi yoxdur.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI