NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana niyə gəlir?

17 oktyabr, 2021 00:07

NATO baş katibinin siyasi məsələlər üzrə müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək. 

Bu barədə X.Kolomina özünün "Twitter" səhifəsində yazıb. 

X.Kolomina qeyd edib ki, səfər gələn həftə baş tutacaq: "Gələn həftə Qafqaza ilk səfərimi səbirsizliklə gözləyirəm. NATO-nun Qafqazdakı fəaliyyətini daha da genişləndirməyin yollarını müəyyən etmək üçün qurumun Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi olaraq Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəm".