Gərginlik artır, T-90 tankları bölgəyə göndərilir - Rusiya təyyarələri xəbərdarlıq vərəqələri səpib

18 oktyabr, 2021 09:02

Suriyanın şimalında   vəziyyətin gərginləşdiyinə dair yeni məlumatlar yayılıb.

"Azsiyaset" vrtualaz.org-a istinadla xəbər verir ki, Türkiyə ordusunun PKK/YPG terrorçularına qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyinə dair xəbərdarlıqlardan sonra Əsəd rejimi də şimala əlavə qoşun hissələr və texnika cəmləşdirir. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Suriya ordusunun T-90 tanklarını, BMP-2 piyadaların döyüş maşınlarını və digər silahlarını daşıyan karvan Tel-Rifat  qəsəbəsinə tərəf hərəkət edib. Belə ki, Türkiyə ordusunun və onun müttəfiq qüvvələrinin-müxalif qruplaşmaların hücumunun birinci hədəfinin məhz bu rayon olacağı gözlənilir.     

Bundan əvvəl Rusiyanın Suriyaya tanklar ə digər zirehli texnika daşıyan desant gəmisinin hərəkət etdiyi məlum olmuşdu.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında sentyabrın sonlarında Soçidə baş tutmuş danışıqlara baxmayaraq Suriyanın şimalında eskalasiya artmaqdadır. Bu günlərdə Türkiyə tərəfi bölgədəki türk hərbçilərinə artan hücumlara görə Rusiya və ABŞ-ın məsuliyyət daşıdığını bəyan etmişdi.

Bölgədən verilən digər məlumata görə, Rusiya təyyarələri ötən gün müxalif qüvvələrin nəzarətində olan və Türkiyə ordu bölmələrinin də yerləşdiyi bölgələrə xəbərdarlıq vərəqələri səpiblər. Həmin vərəqələrdə müxalif silahlılara ultmatum verilir və mülki əhali xəbərdar edilir ki, bölgədə mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı raket, artilleriya və hava zərbələrindən zərər çəkə bilərlər.

Digər məlumata görə, Suriya ordusunun hissələri müxalif yaraqlıların güclü artilleriya zərbələrinin ardınca Ayn əl-İssa rayonundan geri çəkiliblər. Həmin rayonda Rusiya ordusunun müşahidə postları da yerləşirdi. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Rusiya vertolyotları bölgədən geri çəkilən Əsəd qoşunlarını havadan müşaiyət edir.

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"