ABŞ-ın məşhur qəzeti "The Washington Times" Ramiz Mehdiyevdən yazdı: - "Kreml onu aktivləşdirib...”

11 sentyabr, 2020 12:51

Ramiz Mehdiyev Cənab Əliyevə qarşı ən radikal müxalifət qüvvələri ilə əməkdaşlıq edir

ABŞ-ın məşhur “The Washington Times” qəzetinin 7 sentyabr sayında "America and Western allies must push back against Russia's assault on its neighbors" ("Amerika və Qərb müttəfiqləri Rusiyanın qonşularına qarşı hücumlarına müqavimət göstərməlidir") adlı məqalə dərc olunub.

Müəllif Pol Miller məqalədə Azərbaycan üçün də önəmli olan məqamlara toxunub.

Azsiyasət.com özügedən yazını oxucularına təqdim edir:

"Rusiyanın Belarus üzərindəki nüfuzunun genişlənməsi Moskvanın ABŞ-a siyasi müdaxilə cəhdlərinin və Amerikanın xaricdəki qüvvələrinə qarşı fəaliyyətlərinin davamıdır.

Bu hadisələr son 20 ildə Rusiyanın siyasətini müşahidə edən heç kəsi təəccübləndirmir, çünki Rusiya yaxın qonşuluğunda eyni hibrid üsullardan istifadə edir. Rusiya siyasi təxribat, birbaşa hərbi əməliyyat və enerji (əsasən təbbi qaz) təchizatı sahələrində manipulyasiya edərək qonşularını zəiflətməyə və öz əhatə dairəsinə çəkməyə çalışır. Görünür ki, bu həm Moskvanın post-imperiya həsrətindən, həm də keçmiş Sovet Respublikalarının Qərbə yaxınlaşması ilə bağlı Rusiyanın açıq-aydın paranoyasından qaynaqlanır. Moskva üçün qonşuların hər hansı bir müstəqillik əlaməti Qərbin mühasirəsinin sübutudur.

Bu yaxınlarda Rusiya qardaş ölkə olan inadkar Belarusu iflas ssenarisinə sürükləməyi bacardı. Kremlin müəyyən etdiyi normadan artıq Qərblə yaxınlaşan Belarusun eksentrik Prezidenti Aleksandr Lukaşenkoya dərs vermək əzmində olan Moskva müxalifəti sakitcə dəstəkləmiş, bununla da gözləndiyi kimi Lukaşenkonun mübaliğəli və Qərbin eyni dərəcədə güman edilən reaksiyasına səbəb olmuşdu.

Lukaşenkonun Moskvaya tamamilə təslim olması ilə hakimiyyətdə qalmasından və ya müxalifətə növbəti seçkilərdə güzəştə getməsindən asılı olmayaraq, Rusiya Belarus üzərində tam nəzarəti effektiv şəkildə geri qaytarmaqla və SSRİ 2.0 layihəsini yenidən işə salaraq qalib gəlir. Hadisələrin bu dinamikası digər post-Sovet dövlətləri üçün xəbərdarlıq təşkil edir.

Moskva bütün üsullardan istifadə edərək dünyanın strateji regionlarından olan, Rusiyanın ən müstəqil qonşusu Azərbaycana təzyiq göstərməyi qərara alıb.

İyul ayında Moskvanın itaətkar müttəfiqi və regiondakı əlaltısı Ermənistan tərəfindən Azərbaycana qarşı sərhəd hücumu Avropa və Asiyanı birləşdirən enerji və nəqliyyat yollarının keçdiyi ərazidə baş verdi. Bu dəhlizlərin Rusiya və İrandan keçməyən yeganə xətlər olması Rusiyanın qonşularına müdaxiləsinə geosiyasi çalar qatır.

Bu hadisələr Xəzər dənizi qazını Avropaya çatdırmaq və əsas regional enerji bazarı olan Türkiyəyə qaz tədarükçüsü kimi Rusiyanı əvəz etmək iqtidarında olan Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan tərəfindən tamamlanması ilə üst-üstə düşdü. Qeyd olunmalıdır ki, bu, həmçinin İranın Türkiyəyə qaz təchizatının kəskin dərəcədə azalmasına təsadüf etdi.

Azərbaycan mediasında iyul ayında hərbi əməliyyatlar zamanı və sonrakı həftələrdə Ermənistana Rusiya silahlarının daşınmasını əks etdirən xəbərlər yayımlandı.

Məlumatlarda hərbi yüklərin uçuş vaxtları, rəqəmlər və xəritələr əks olunaraq, marşrutun Azərbaycan və Gürcüstan hava məkanından yan keçməsi, İran üzərindən həyata keçirildiyi göstərilib. Ermənistana bütün uçuşlar İran üzərindən həyata keçirilərək, mövcud Ermənistan-Rusiya-İran regional ittifaqını möhkəmləndirməkdədir.

Bununla yanaşı, bir daha İran üzərindən olmaqla uçuşların bir çoxu Ermənistandan Suriyaya həyata keçirilib. Bu, Bəşər Əl-Əsədin dəstəklənməsi üçün Ermənistanın ruslarla birgə Suriyaya qüvvələr göndərməsi işbirliyi ilə uzlaşır. Ermənistanın Müdafiə naziri Davit Tanoyanın 23 avqust tarixində Moskvada verdiyi şərhlərdə “Ermənistan və Rusiyanın eyni düşmənləri var” ifadəsi də bu xüsusda təəccüb doğurmur.

Azərbaycan rəsmiləri isə Rusiyadan narazılığı açıq şəkildə ifadə edir

Avqust ayında Prezident İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin ilə geniş şəkildə ictimailəşdirilmiş telefon danışığı zamanı Ermənistana silah təchizatı ilə bağlı izahat tələb etdi və Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiyanın Müdafiə naziri Sergey Şoyqu tərəfindən məsələ ilə bağlı verilmiş təminatların qənaətbəxş olmadığını bəyan etdi.

Görünür ki, qeyd edilən birbaşa hərbi təzyiqdən əlavə, Rusiya siyasi müdaxilədən istifadə edir və keçmiş idarəçilərin qərb təhsilli texnokratlar ilə əvəz olunması istiqamətində cənab Əliyevin səylərinə maneə törətməyə cəhd edir.

Buna cavab olaraq, Kreml Bakıdakı ən aşkar adamı, hal-hazırda Bakını Rusiyaya münasibətdə ehtiramlı olmağa səsləyən və hökumətə qarşı meydan oxuyan 83 yaşlı keçmiş kommunist ideoloq və uzun müddət Administrasiya rəhbəri olan Ramiz Mehdiyevi aktivləşdirdiyi görünür. Cənab Əliyevə qarşı cənab Mehdiyevin ən radikal müxalifət qüvvələri ilə uzun müddət əməkdaşlıq etdiyi aşkardır.

Moskvanın bütün vasitələrini Qərb müttəfiqlərinə və mənafelərinə qarşı bu qədər asanlıqla istifadə etməsi şəraitində ABŞ daha fəal, proaktiv və praqmatik olmalı, dostlarını gücləndirməklə düşmənlərinə qarşı tədbirlər görməlidir".

(musavat.com)

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI