İranda taxt-tac döyüşləri başlayıb - Rühaninin adamlarını "təmizləyirlər"

19 oktyabr, 2021 09:34

Cəmal Bustani

İranda sabiq prezident Həsən Ruhani administrasiyasının əməkdaşlarının təmizlənməsi gedir. Mərkəzi Bankın sabiq rəhbəri 10 illik həbs cəzasına məhkum olunub. Onun müavini – Vyanada nüvə sazişi ilə bağlı danışıqlarda Ruhaninin nümayəndəsi olmuş Abbas Araqçinin qohumu Əhməd Araqçi 8 il həbs cəzası alıb. Sabiq prezident Ruhaninin doğma qardaşı da məhbəsdədir.  

Məclisdə və hazırkı prezident İbrahim Rəisinin administrasiyasındakı mühafizəkar çoxluq vaxt itirmək və “islahatçılar”ın tanınmış liderlərinə siyasi arenaya qayıtmağa şans vermək istəmir. Odur ki, onların düşərgələrini yavaş-yavaş deyil, birdən təmizləyir, lövhədəki fiqurları tutduqları mövqedən asılı olmayaraq vurub aşırırlar.    

Ruhaninin qardaşı türmədədir, eks-prezidentin özünə də çatmağa çalışırlar...

Taxtından salınmış hər tanınmış ada isə komandasında müxtəlif vəzifələr tutmuş onlarla adam düşür. Bununla yanaşı, islahatçı düşərgənin ən yuxarısına çatmaq cəhdləri bitmir. Məqsəd Ruhaninin özünü, sabiq xarici işlər naziri Cavad Zərifi və ölkənin sabiq vitse-prezidenti İshaq Cahangirini məsuliyyətə cəlb etməkdir.  

İran Məclisinin Daxili İşlər üzrə Komitəsinin sədr müavini Məhəmməd Hüseyn Asafari sabiq prezident Ruhani və sabiq xarici işlər naziri Zərifi Vyanadakı nüvə danışıqlarında müvəffəqiyyətsizliyə uğramaqda günahlandıraraq, onların işinin məhkəməyə verilməsinə çağırıb. Hərçənd Vyana danışıqları olmadan belə, onları ittiham edəcək məqamlar çoxdur.  

Həftənin əvvəlində Məclisə sabiq administrasiyanın fəaliyyətinin istintaqının nəticələri təqdim olunub. Sənədlərdə “Ruhaninin İran islam respublikasının prezidenti olduğu dövrdə qanunsuz davranışı” qeyd olunur. Bura petisiya – “Böyük İran xalqının kollektiv şikayəti” də əlavə edilib. Petisiyanı tələbələr, alimlər və cəmiyyətin müxtəlif təbəqələrindən olan yarım milyondan  çox insan imzalayıb.  

İttiham dəsti çox rəngarəngdir.  İran valyutasının dəyərdən düşməsindən, işsizliyin və inflyasiyanın artmasından başlamış eks-prezidentin sanksiyaların ləğvini vəd etdiyi “aldadıcı nitqlər”inə qədər.  “İdeoloji təxribatlar” ittihamı da unudulmayıb:  petisiyanın mətnindən bəlli olur ki, Ruhani millətin mənəvi əsaslarının dağıdıcısıdır - onun siyasəti nəticəsində boşanmaların sayı çoxalıb, narkomaniya çiçəklənib,  seksual cinayətlərin və ümumiyyətlə cinayətlərin sayı artıb, qumar oyunları geniş yayılıb.

Onu həmçinin “ikili vətəndaşlığı olan casuslardan aparıcı dövlət vəzifələrində yararlanmaqda,  ənənəvi İran təbabətinin qarşısını almaq və ÜST-ün tələblərini qeyd-şərtsiz yerinə yetirməklə koronavirusla bağlı ölümlərin artmasına şərait yaratmaqda” ittiham edirlər.

“Düşməndən sərt qisas almağa mane olmaq, təcavüzkarın təhlükəsizliyini təmin etmək yolu ilə millətin və ölkənin təhlükəsizliyinə təhdid və hərbi təhlükə yaratmaq” - bu ittihamların da cəzası yüngül deyil. Xüsusən nəzərə alsaq ki, məhkəmə hakimiyyətinin başında İbrahim Rəisinin sadiq silahdaşı Qulamhüseyn Möhsüni-Əcai dayanır. O isə siyasi proseslərlə bağlı hökmlərdə heç vaxt yumşaqlıq göstərməyib.

Ancaq İranın siyasi düzənində ən miqyaslı, əsl tektonik çat Laricani klanının çöküşüdür. 2019-cu ildə Əli Xameneinin ən ehtimali varisi sayılan Sadıq Laricani məhkəmə hakimiyyətinin rəhbərliyindən kənarlaşdırılıb.  Bu ilin sonunda Ali rəhbər Əli Xamenei onu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Şurasından uzaqlaşdıraraq əslində böyük siyasətdən kənarda qoyub.

Laricani özünün sonuncu strateji postunu itirib...

Əli Laricaninin uzun illər Məclisə rəhbərlik etmiş qardaşı prezident seçkilərinə buraxılmadı, bu günlərdə isə Xameneinin adına bəyanat yollayaraq Çinlə strateji əməkdaşlıq üzrə xüsusi nümayəndə vəzifəsindən istefa verdiyini açıqlayıb.  İstefa qəbul olunub və həmin vəzifəyə hazırkı vitse-prezident Məhəmməd Möhbər təyin edilib.

Yəni, Laricani klanının bu nümayəndəsinə də İran hakimiyyətinin dəhlizlərində yer tapılmayıb. Görünür, Xamenei İranla Çinin geniş reklam olunan 25 illik strateji əməkdaşlığı layihəsinin reallaşmasında hər hansı irəliləyişin olmasını gözləməkdən yorulub.

Onun qardaşlara qarşı bir neçə cinayət işi açılıb.  Onların gizlətməyə çalışdığı nələrsə var, belə ki, Sadıqın xüsusi tapşırıqları ilə işləmiş və Rəisinin istintaqından gizlənərək Rumıniyaya sığınmış hakim bu yaxınlarda pəncərədən yıxılaraq bu klanın sirlərini özü ilə aparıb.

Ola bilsin, Həsən Ruhanini həbs etməyəcəklər. Zərif və Laricani qardaşları isə ya şərti cəza, ya da qısamüddətli həbslə yaxalarını qurtaracaqlar.  Ancaq İslam respublikasının siyasi landşaftı köklü şəkildə dəyişilir. Və bu Əli Xameneinin xeyir-duası ilə İbrahim Rəisinin bütün prezidentliyi müddətində davam edəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"