"İranda həbs olunan azərbaycanlıları müdafiə etməliyik" - Əliməmməd Nuriyev

19 oktyabr, 2021 11:13

Məlum olduğu kimi, Cənubi Azərbaycanda 12 nəfər fəal 2020-ci ilin sentyabrın 29-da Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçiriblər.

Aksiya zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.

Bir neçə gün öncə Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında fəalların həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə və “Amnesty İnternational” təşkilatına müraciət edib.

Məsələ ilə bağlı "Konstitusiya"Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bakupost.az -a bildirib ki, böyük məmnuniyyətlə həmin müraciətə qoşulur:

“Hesab edirəm ki, İranda insan hüquq və azadlıqlarına hörmət etməyən bir hökumət mövcuddur. Xüsusilə insanların sərbəst toplaşmaq, birləşmək, milli mədəniyyətə malik olma azadlığına hörmət etmək baxımından İran konstitusiyasında çox gözəl sözlər yazılıb. Amma bu sözlər yalnız kağız üzərində qalmaqdadır. İran eyni zamanda islam ölkəsi olaraq insanların milli ləyaqət hissinə də hörmət etməlidir. Dinimiz də bunu tələb edir. Amma hazırkı İran hökuməti islamçılıqdan çox uzaqdır”.

Əliməmməd Nuriyev hesab edir ki, İranda yaşayan 40 milyona yaxın azərbaycanlı milli haqlara malik olmalıdır, onların muxtariyyət imkanları genişlənməlidir:

“Amma burada heç bir hüquq və azadlıqlardan söhbət gedə bilməz. Xüsusilə azərbaycanlılara, türklərə daha amansız münasibətin şahidi oluruq. Onlar həm də işğalçı Ermənistana açıq şəkildə xidmət göstərirlər. İran rejimi 30 il ərzində işğalçını yedirtdi. Həmçinin 44 günlük Vətən Müharibəsində işğalçı Ermənistan ordusuna neft, benzin, hərbi sursatlar göndərməklə bilavasitə dəstək verdilər”.

Hüquqşünas qeyd edib ki, İranın bu rəftarlarına dünya ictimaiyyəti münasibət bildirməlidir:

“İran hökuməti Suriyadan tutmuş Əfqanıstana qədər bütün bu coğrafiyada hər kəs üçün bir təhdid yaradır. Ona görə də hesab edirəm ki, beynəlxalq birlik hazırkı İran hakimiyyətinə öz yerini göstərməlidir. Beynəlxalq ictimaiyyətlə geniş miqyaslı fəaliyyət qurmalıyıq. Burada söhbət İran hakimiyyətindən gedir, İran xalqından yox. İranda bizim soydaşlarımız yaşayır, onlar haqsızlıqlar, zülmlərlə üzləşirlər. Onlara qarşı zülm ərşə dayanıb. Ona görə də bu zülmə qarşı çıxmaqda biz hüquq müdafiəçiləri onlara dəstək verməliyik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"