Afrikada güc mübarizəsi - Türkiyənin mövqeyi

20 oktyabr, 2021 00:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika qitəsinə səfər edib. 17-20 oktyabr tarixlərində Türkiyə lideri Atlantik Okeanı sahillərində yerləşən Anqola və Afrikanın qərbində yerləşən Toqo və Nigeriyada olacaq. Bununla da Ərdoğan Afrikadakı 54 ölkədən 30-nu ziyarət etmiş olacaq. Keçən il Afrikada son səfərini Əlacəzair, Qambiya və Seneqala təşkil edən Ərdoğanın Anqola, Toqo və Nigeriyaya səfərləri Afrika ölkələri ilə əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli addımdır. Ərdoğan Afrika liderlərindən başqa Afrikanı ən çox ziyarət edən lider olub.

Türkiyənin Afrika ölkələri ilə əlaqələrinin tarixi çox qədimlərə - Osmanlı dövlərinə gedib çıxır. Bir müddət əvvəl Britaniyanın “Financial Times” nəşri yazırdı ki, Osmanlı İmperatorluğunun süqutundan sonra Türkiyə rəsmiləri Afrikanı böyük ölçüdə görməməzlikdən gəliblər. Lakin Ərdoğanın hakimiyyətə gəlməsindən sonra bu yanaşma dəyişib. Rəsmi Ankara Afrikadakı yumşaq gücü ilə qitədə Körfəz ölkələri, eləcə də ABŞ, Fransa, Çin və Rusiya təsirinə qarşı çıxmaq niyyətindədir.

Türkiyədə 1998-ci ildə “Afrika Fəaliyyət Planı”nı qəbul edilib, 2005-ci il “Afrika İli” elan edilib, 2008-ci ildən Türkiyə-Afrika zirvələri təşkil edilib.

Afrika ölkələri ilə münasibətlərdə “dostluq” və “qardaşlıq” şüarını əldə rəhbər tutan Türkiyənin təxminən 1.3 milyard əhalisi olan qitənin 43 ölkəsində səfirliyi var. Qeyd edək ki, 2009-cu ildə Ankara sadəcə 12 Afrika ölkəsində səfirlik səviyyəsində təmsil olunurdu.

Türkiyənin Afrikaya yatırımı 7 milyard dollara yüksəlib. 2003-2018-ci illər arasında Türkiyənin qitəyə ixracı 579% artıb. 2003-cü ildə Ankara Afrika ilə ticarət həcmi 5,3 milyard dollar idisə, indi 25 milyard dolları keçib.

2000-ci illərdən sonra dünyada iqtisadi baxımdan ön plana çıxan Çin də Afrikaya sərmayələrini artırıb. Çinin Afrika ilə ticarət həcmi 205 milyard dollardır. Pekinin qitədə yatırımları 360 milyard dollar çatıb.

İki ölkənin investisiya profilləri iqtisadi cəhətdən çox fərqlənsə də, Çinin ümumi investisiyalarının 18,5 faizini Afrika sərmayələri təşkil edir, Türkiyənin ümumi xarici investisiyalarında isə 15 faizlik paya malikdir.

Digər tərəfdən Türkiyənin müdafiə sənayesi Afrika ölkələrinə ixracatında artım var. Ankara qitədə yerləşən müxtəlif ölkələrə zirehli maşınlar, pilotsuz uçuş aparatları və digər müdafiə sənayesi məhsulları ixrac edib.

modern.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"