Bölgəyə xüsusi təyinatlılar da göndərildi, irimiqyaslı hərbi əməliyyatlar gözlənilir - Kürd dəstələri də cəmləşməkdədir

20 oktyabr, 2021 11:55

Türkiyə Suriyanın şimalına əlavə ordu qüvvələrinin göndərilməsini davam etdirir. virtualaz.org xəbər verir ki, bölgədən daxil olan son görüntülərə əsasən Türkiyə ordusunun xüsusi təyinatlıları sərhədi keçərək Suriyanın şimalına daxil olub, onların PKK/YPG terror qruplaşmalarına qarşı irimiqyaslı hərbi əməliyyatlara hazırlıq üçün göndərildiyi bildirilir.

Bundan əvvəl “Reuters” agentliyi iki yüksək rütbəli türkiyəli rəsmiyə istinadən Ankaranın bölgədə yeni hərbi əməliyyatlara hər an başlaya biləcəyini xəbər vermişdi.

Digər məlumata görə, ötən gün Suriyanın şimalında Türkiyənin dəstəklədiyi müxalif qruplar Tel-Tamr rayonunda YPG/PKK yaraqlılarının mövqelərinə hücum ediblər. Onlara Türkiyə artilleriyası dəstək verib, amma kürd qruplaşmaların hücumu dəf edə bildikləri deyilir.

Türkiyə ilə yanaşı Əsəd rejimi də İdlib bölgəsinə ordu qüvvələri cəmləşdirməkdə davam edir. Rusiya mənbələri Əsəd qüvvələrinin ölkənin şimalına doğru hərəkətinə dair yeni kadrlar yayıb. Bu kadrlara əsasən Suriya ordusunun çoxsaylı BMP-2 piyada döyüş maşınlarından ibarət kalon İdlibə hərəkət edir. Həmin hərbi texnika təzə görünür və ehtimal edilir ki, Rusiya onları bu günlərdə Suriya ordusuna çatdırıb. Daha əvvəl zirehli texnika ilə yükləndiyi təxmin edilən iri Rusiya desant gəmisinin Suriya istiqamətində hərəkəti qeydə alınmışdı.

Xatırladaq ki, YPG/PKK yaraqlılarının Suriyanın şimalında Türkiyə hərbçilərinə terror hücumları artıb. Rəsmi Ankara buna görə birbaşa Rusiyanı və ABŞ-ı günahlandırıb, əgər hücumlar dayandırılmasa Türkiyənin Suriyanın şimalında terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağı haqda xəbərdarlıq edib.

Türkiyə mənbələri isə xəbər verir ki, PKK/YPG İraqın şimalındakı Sincar bölgəsindən Suriyanın şimalına öz yaraqlılarını göndərir. Kürd yaraqlıları 25-30 nəfərlik kiçik qruplar halında sərhədi keçirlər və Türkiyənin mümkün irimiqyaslı hərbi əməliyyatlarına qarşı Suriyanın şimalındakı YPG/PKK qruplaşmalarına dəstək üçün göndərilirlər. Habelə İranın dəstəklədiyi “Haşdi Şabi” qruplaşmasının yaraqlıları da kürdlərə dəstək üçün göndərilib, indiyədək Suriyanın şimalına İraqın şimalından 1500-dən çox yaraqlı göndərildiyi bildirilir.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"