"Rusiya ölkəmiz üçün ciddi təhdiddir" - Britaniyalı general

20 oktyabr, 2021 12:48

Böyük Britaniyanın müdafiə qərargahının rəisi, general Nikolas Karter Rusiyanın ölkə üçün ciddi təhdid olduğunu bəyan edib.

Onun sözlərinə görə, dünya çoxqütblülük epoxasına qədəm qoyur.

“Mən burada Rusiyanın adını çəkmək istərdim. Bizim fikrimizcə, Rusiya ciddi təhlükə yaradır”, - deyə N.Karter Yeni Amerika Təhlükəsizliyi Mərkəzində bildirib.

O əlavə edib ki, Çin Britaniya üçün “xroniki sistem çağırışı”dır.