Əli İnsanovun da partiyası qeydiyyata alındı - FOTO
21 oktyabr, 2021 20:39
Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.
"Azsiyaset" xəbər verir ki, bu barədə onun özü sosial media hesabında məlumat yayıb.
O qeyd edib ki, 21 oktyabr tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə partiya rəsmisinə təqdim edilib.
Xatırladaq ki, bu gün Azərbaycan Yüksəliş Partiyası (AYP) da dövlət qeydiyyatına alınıb.