"Ermənistanın yerində İrəvan-Zəngəzur, Qafqaz Albaniyası və Hayastan muxtar respublikalarından ibarət..."

23 oktyabr, 2021 17:32

“Keşmiş Dağlıq Qarabağ ermənilərinin əksər hissəsinin xaçpərəst alban-türk kökənli olduğunu,  Ermənistanda alban mənşəli əhalinin yarısının da “erməni” adı ilə haylaşdığını, onların milli və dini kimliklərinin əlindən alındığını gündəmə gətirməliyik.  Və bununla bizimlə düşmənçilik edən revanşist qüvvələrin arasına bir təfriqə salmalıyıq... Bu, gecikmiş addımdır. Hərbi cəhətdən qalib gəlmək hələ diplomatik və ideoloji cəbhədə də qələbə demək deyil. Bu sahədə xeyli tər tökməliyik...”.

"Azsiyaset" xəbər verir ki, bu fikirləri Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan dilə gətirib.

“Biz “Ermənistan” adlandırılan ölkədə haylarla albanlar arasında fərq qoymalı və bu fərqi görüb dərk etməliyik. Xalq diplomatiyasında da məhz alban kökənli qarabağlı və ermənistanlılarla işləməliyik. Onların milli və dini kimliyini özlərinə qaytarmasına çalışmalıyıq”- açıqlamasının davamında bunları söyləyən siyasətçi alban soylu ermənilərlə gerçək şəkildə rastlaşıb söhbət etməsindən də danışıb. 

“Mən xaricdəki, o cümlədən Rusiyadakı müxtəlif tədbirlərdə belələrinə rast gəlmişəm.  Bakıdan köçmüş bir neçə erməni hesab etdiyimizə  deyəndə ki, sən hay deyilsən, albansan, türksən, azərbaycanlısan, bizim etnik kökümüz eynidir, sadəcə, yalnız dini təsəvvürlərimiz ayrıdır, inanın ki, onların çoxu sevinir.  Azərbaycanda görkəmli şəxsiyyətlər var ki,  onların qohumları müsəlmanlığı qəbul etməyiblər və onlar da Qarabağdakı xristian alban türklərlə eyni soydandır...

Əgər Qorbaçovun köməkçisi olmuş Georgi Şahnzarovun oğlu kinorejissor Karen Şahnazarov deyirsə ki, mən türk, müsəlman köklüyəm, əslim şuşalıdır  və biz belə faktdan istifadə etmiriksə, daha nə deyək.  Adam öz dili ilə deyir ki, mən hay deyiləm, alban kökənliyəm. O, hələ Tovuz döyüşlərindən xeyli əvvəl deyirdi ki, Qarabağ Azərbaycanındır, biz Azərbaycanın tərkibində yaşamalıyıq...” –deyə siyasətçi bildirib.

ALP fuksioneri “Ermənistan” adlanan respublikanın yerində federativ bir ölkə qurulmasının mümkünlüyündən də danışıb.  

“Bütün bu deyilənlərdən yararlanaraq biz Ermənistanın federasiyaya çevrilməsinə çalışmalıyıq. Ermənistanın yerində  İrəvan-Zəngəzur, Qafqaz Albaniyası və Hayastan muxtar respublikalarından ibarət üç subyektli bir federasiya qurulmalıdır.  Çünki həmin  Qərbi Azərbaycan torpaqlarında  oradan zaman-zaman qovulmuş Azərbaycan türkləriylə yanaşı,  Qarabağdakı əslində xristianlaşmış, haylaşmış türklər, qıpçaqlar olan albanlar və  əsl haylar da yaşayır. Bilirsiz, “Sünik” alban türkcəsində sönük deməkdir. Yəni günbatan, günün sönük göründüyü yer... 

Ermənistan federallaşmamışdan öncə Azərbaycan türklərinin Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin etməliyik...  

Bir sözlə, hazırkı geo-siyasi durumda biz düşmənlərimizə həm də “yumşaq güc”lə hücum etməliyik. Siyasətimizi nə müdafiə, nə yarımmüdafiə, nə də əks-hücum üzərində deyil,  hərbi əməliyyatlar olmayan şəraitdə bütün digər mümkün cəbhələrdə və həm də hər gün, hər saat, hər dəqiqə total, kütləvi hücum üzərində qurmalıyıq”- deyə Əvəz Temirxan vurğulayıb.

Moderator.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"