Həmin çantanın içində nə vardı? - Bennettlə Putinin görüşü

25 oktyabr, 2021 12:51

Ötən həftə Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Benneti Soçidəki iqamətgahında qəbul edib. Bu danışıqlar beş saata yaxın çəkib və təbii ki, orada nələrin müzakirə olunduğu açıqlanmayıb. Tərəflər ümumi ifadələrlə kifayətləniblər. Amma İranın nüvə proqramları və Suriya ilə bağlı müzakirələrin aparıldığı şübhə doğurmur.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, görüşdə İsrail baş nazirini tikinti naziri Zeev Elkin müşaiyət edirdi. Nazirin görüş zamanı əlində tutduğu iri çanta KİV-lərin və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib, həmin çantanın içində nə ola biləcəyinə dair müxtəlif versiyalar səslənib.

Zeev Elkin özü bu barədə İsrail KİV-lərinə danışıb və deyib ki, çantada “havadan çəkilmiş, hərbi xarakterli fotolar” və Putin üçün suvenir yer alırdı:

-Paketdə Rusiya prezidenti üçün suvenir və hərbi xarakterli fotolar yer alırdı, hansı ki, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün bu fotolar zəruri idi. Fotolar İsrail üçün vacib olan məsələlərin müzakirəsinə kömək etdi, onların bir hissəsi Rusiya prezidentində qaldı.

Nazir məhz hansı fotolardan söhbət getdiyini dəqiqləşdirməyib, amma ekspertlər ehtimal edirlər ki, fotolarda Suriya ərazisindəki İran hərbi obyektləri əks olunmuşdu.

Zeev Elkin İsrail nümayəndə heyətini tərcüməçi qismində müşaiyət edib. O bildirir ki, Putinlə Bennet arasında baş tutan bu ilk görüşdə onların arasında yaxşı münasibətlər formalaşdı, hətta Putin İsrail baş nazirini evinə dəvət etdi.

- Demək lazımdır ki, Putin bizə öz iqamətgahını göstərdi, sonra Benneti özünün şəxsi evinə dəvət etdi, bu da kifayət qədər gözlənilməz jest idi,- nazir bildirib.

İsrail naziri deyib ki, koronavirusa görə Putin demək olar heç kimi yaxınına buraxmır, ona görə də Naftali Bennetin köməkçilərindən heç biri bu görüşdə iştirak etmirdi. Nəticədə içərisində fotolar və suvenir olan çantanı o aparmalı olmuşdu.

Zeev Elkin danışıqların “praktiki nəticələrinin” olduğunu vurğulayıb, bildirib ki, bu nəticələr açıqlanmayacaq.

- Lakin şübhəsiz ki, nəticələr var. Həm İranın nüvə proqramlarına dair, həm Suriyadakı situasiyaya dair praktiki razılaşmalar əldə edilib. Məhz buna görə də görüş kifayət qədər uzun çəkdi. Əvvəlcə planlaşdırılmışdı ki, görüş iki saat olacaq, amma beş saat çəkdi. Çox ətraflı və əhatəli müzakirələr aparıldı.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"