""Sülh" Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir..." - Ohanyan "həyəcan təbili" çalır

25 oktyabr, 2021 15:15

Azərbaycan Ordusunun cəmi bir neçə saata darmadağın etdiyi “Ohanyan səddi”nin müəllifi, Ermənistanın sabiq müdəfiə naziri, hərbi cani və hazırda parlamentdə müxalifəti təmsil edən Seyran Ohanyan bu gedişlə ermənilərin daha da ağır duruma düşəcəyini bəyan edib.

"Azsiyaset" azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib.

Bildirilir ki, Gümrüyə səfər edən Ohanyan jurnalistlərə açıqlamasında bölgədə kommunikasiyaların açılması nəticəsində Ermənistanın “daha dərin blokadaya” düşəcəyini bildirib: “Kommunikasiyaların açılması gələcəkdə daha dərin blokadaya gətirib çıxaracaq. Bu, özünü iqtisadi təzyiqdə (Azərbaycan tərəfindən-red.) və ən ağrılısı – Sünikin və Qekarkunikin (Zəngəzur və Göyçə-red.) demoqrafik xəritəsinin dəyişməsində göstərəcək.”

Ohanyan iddia edib ki, türklər və azərbaycanlılar iqtisadi inkişaf, əlaqələrin bərpası və s. adlarla Ermənistana axışacaq və demoqrafik durumu kökündən dəyişərək, Ermənistanın və Qarabağın gələcəyini sual altında qoyacaq.

Daha sonra Ohanyan bu gedişlə Ermənistanın “türkləşdiriləcəyini” söyləyib və noyabrın 9-da Moskvada keçiriləcəyi deyilən Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü barədə pessimist danışıb: “Artıq bu gün hakimiyyət ortaya belə bir tezis atıb ki, noyabrın 9-da keçiriləcək görüşdə yenə hansısa kapitulyasiya sənədi imzalanacaq və bu sənəd qlobal mənada, onların dediyinə görə, “regionda sülhü möhkəmləndirəcək”. “Sülh” düşmənin ərazi bütövlüyünün tanınması deməkdir, ərazi bütövlüyünün tanınması isə “artsax”ın (Qarabağın-red.) öz müqəddəratını təyin etməsinin üzərindən xətt çəkilməsi anlamı daşıyır”.

Bir il öncə 44 günlük müharibədə Ordumuzun “səddini dağıtdığı” və Şuşanı qoyub qaçan Ohanyan bu ağrının acısından hələ də özünə gələ bilməyib və hikkəsini Paşinyan hökumətinin üstünə tökməkdə davam edir. Lakin göründüyü kimi, bu hərbi cani də gözəl anlayır ki, Ermənistan getdikcə regionda gerçək layiq olduğu yeri alacaq və bir daha başını qaldırıb boyundan hündürə tullanmağı ağlının ucundan da keçirə bilməyəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"