"Əli Əkbər Vilayətidən soruşdum: Niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik" - "Hizbullah"ın keçmiş baş katibi

25 oktyabr, 2021 17:48

Livandakı “Hizbullah” radikal şiə təşkilatının qurucularından biri olan şeyx Tufeyli İranın Qarabağda baş verənlərə münasibəti haqda sensasion açıqlamalar verib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Şeyx Tufeyli “Anadolu” agentliyinə müsahibəsində bu haqda danışıb.

Ermənistanın 1990-cı illərdə Qarabağı işğal etdiyi zamanlarda İranda olduğunu xatırladan şeyx bildirib ki, o zaman Tehrandakı siyasətçilər  və İran mətbuatı bu işğala dəstək verirdi. Şeyx Tufeyli Ermənistanın baş nazirinin “İranın dəstəyi olmasaydı 1990-cı ilin əvvəllərində Ermənistan ordusu məğlub olardı” sözlərini də xatırladıb. Deyib ki, İran Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana hərbi və logistik dəstək verirdi.

“O vaxt (90-cı illərin əvvəllərində) İran xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. “Sizlər nəyə görə xristian erməniləri bu məzlum müsəlmanlara qarşı dəstəkləyirsiniz” deyə soruşdum. Mənə verdiyi cavab hərfən bu cür oldu: Ermənistan SSRİ-dən ayrılan Azərbaycan, Türkmənistan və digər türk cümhuriyyətləri ilə Türkiyə arasında bir əngəl təşkil edir. Dolayısıyla Ermənistana dəstək verərək gücləndirəcəyik ki, Türkiyənin önünü qapatmış olsun. O zaman Azərbaycan hələ yeni dövlət qururdu və oraada İsrail adına heç nə yox idi”,-Şeyx Tufeyli deyib.

Livanlı şiə alimi onu da bildirib ki, İran 1996-cı ildə İsraillə anlaşma imzalayaraq işğal altındakı Fələstin torpaqlarında heç bir İsrail əsgərinə zərər verməyəcəyi haqda öhdəlik götürüb. “Bu gün İsrailə görə Azərbaycanla problem yaşadığını deyirsən, amma yalançısan. İranın siyasəti dürüst deyil, dağıdıcı siyasətdir. Bu səbəblə İranın siyasətinin çoxunun heç özünə də fayda vermədiyini görə bilərik”,-o vurğulayıb.

Şeyx Tufeyli “Hizbullah”ı quranlardan biri olub və bu təşkilatın ilk baş katibidir.  Lakin 1992-ci ildə “Hizbullah”la yollarını ayırıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"