Türkiyəni hədəfə alan 10 səfirdən geri addım - Ərdoğan "Ya başa düşəcəklər, ya da gedəcəklər" demişdi

26 oktyabr, 2021 00:24

Terrora açıq dəstək verdiyi, bəzi dövlət əleyhinə cinayətlərdə iştirak etdiyi üçün həbsə alınan Osman Kavalanın sərbəst buraxılması üçün çağırış edərək, Türkiyənin məhkəmə və daxili işlərini hədəf alan səfirliklər bu gün ard-arda  geri çəkildikləri ilə bağlı açıqlamalar veriblər. 

Prezident Rəcəb Tayyib Ərdoğanın persona non-qrata elan edilməsini əmr etdiyi səfirlər, ölkələrinin Twitter hesablarında "Ölkələrin daxili işlərinə qarışmamaqla bağlı yazını yerinə yetiririk" açıqlaması ilə çıxış ediblər.

Prezident Ərdoğan, “Bura, tayfa dövləti deyil. Ya Türkiyəni anlayacaqlar, ya da gedəcəklər” demişdi. 

Bu bəyanatdan sonra Türkiyəni hədəf alan bəyanata imza atan səfirlər səhv etdiklərini etiraf ediblər. Belə ki, ABŞ səfirliyinin rəhbərlik etdiyi bəyanatlarda aşağıdakı ifadələr yer alıb: “18 oktyabr bəyanatı ilə bağlı yaranmış bəzi suallara aydınlıq gətirmək məqsədilə biz Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə əməl etdiyimizi təsdiqləyirik”.

Qeyd edək ki, Osman Kavala ilə bağlı qalmaqallı çağırışdan sonra Xarici İşlər Nazirliyi sürətlə işə qarışaraq səfirləri nazirliyə çağırıb. Çağırışın Türkiyənin məhkəmə sistemi və daxili işlərinə qarışdığı ifadə edilərək pislənilib.

Prezident Rəcəb Tayyib Ərdoğan isə xarici işlər naziri Mövlud Çavuşoğluna təlimat verdiyini açıqlayaraq "Ən qısa zamanda onların persona non-qrata elan edilməsini idarə edəcəyinizi söylədim" dedi.

"Bu, tayfa dövləti deyil, Türkiyə dövlətidir! Ya başa düşəcəklər, ya da gedəcəklər”, - deyə Ərdoğan əlavə edib.

Ərdoğanın bu açıqlamasından sonra səfirliklərdən bir-birinin ardınca onların geri addım atdıqlarını nümayiş etdirən açıqlamalar gəldi. Budur izahatlar:

ABŞ SƏFİRLİYİNDƏN BƏYANAT

Beləliklə, ABŞ səfirliyindən verilən açıqlamada deyilib: "Birləşmiş Ştatlar, 18 oktyabr bəyanatı ilə bağlı yaranmış bəzi suallara aydınlıq gətirmək məsədilə biz Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə uyğunluğunu təsdiqləyirik".

HOLLANDİYADAN BƏYANAT

ABŞ səfirliyi tərəfindən eyni bəyanatla Hollandiya səfiri də çıxış edib. Niderlandın səfiri Marjanne de Kvaasteniet deyib: “Hollandiya 18 oktyabr tarixli bəyanatla bağlı bəzi suallar doğurduğu üçün Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə əməl edildiyini təsdiqləyir”.

KANADA SƏFİRLİYİNİN AÇIQLAMASI

"Kanada, 18 Oktyabr bəyanatı ilə əlaqədar bəzi sualların ortaya çıxması səbəbindən Diplomatik Münasibətlər Vyana Konvensiyasının 41-ci maddəsinə uyğun olduğunu təsdiqləyir", - Kanada səfirliyinin bəyanatında deyilir.

YENİ ZELLANDANIN İZAHI

Yeni Zelandiya səfiri Wendy Hinton deyib: "Yeni Zelandiya, 18 Oktyabr bəyanatı ilə əlaqədar bəzi sualların qaldırılması münasibətilə Diplomatik Münasibətlər Vyana Konvensiyasının 41 -ci maddəsinə uyğun olduğunu təsdiq edir."

İKİ SƏFİRDƏN RETWEET

Danimarkanın səfiri Denni Annan və Norveç səfiri Erlinq Skyonsberq ABŞ-ın bəyanatını retvit edib.

ALMANYA VƏ FRANSA DA GERİ ÇƏKİLDİ

Almaniya və Fransanın Ankaradakı səfirlikləri də ABŞ səfirliyinin "Diplomatik Münasibətlərə dair" Vyana Konvensiyasının 41-ci maddəsinə əməl edildiyinə dair bəyanatını retvit edərək eyni fikri bölüşüblər. 

Almaniya və Fransanın bəyanatı paylaşması ilə Osman Kavala açıqlama verən 10 ölkənin hamısı geri addım atmış oldu.

VYANA KONVENSİYASININ 41-ci MADDƏSİ

1. İmtiyaz və immunitetlərdən istifadə edən bütün diplomatik şəxslər bu imtiyaz və immunitetlərə ziyan vurulmadan yerləşdiyi dövlətinin qanun və qərarlarına hörmət etməyə borcludurlar. Onlar, həmçinin bu dövlətin daxili işlərinə qarışmamalıdırlar.

2. Səfirlik və nümayəndəliyin təmsilçiləri onları təyin edən dövlət tərəfindən tapşırılan rəsmi işləri səfirliyin və nümayəndəliyin yerləşdiyi dövlətin Xa­rici İşlər Nazirliyi və ya razılıq əldə edilmiş digər bir nazirliklər vasitəsilə aparır.

3. Səfirliyin və ya nümayəndəliyin binaları onların bu Kon­vensiya ilə və ya başqa beynəlxalq hüquq normaları ilə müəyyən edilən səlahiyyətləri, eləcə də səfirliyin və ya nümayəndəliyin təmsilçilərini təyin edən dövlətlə yerləşdiyi dövlət arasında qüvvədə olan razılaşmalarla bir araya sığmayan məqsədlər üçün istifadə edilə bilməz.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"