"Müdafiə naziri gəldi, dedi axşam saat 5-ə qədər bütün erməni bölmələri tutduqları mövqelərdən çəkilməlidir..." - Keçmiş mer

26 oktyabr, 2021 15:15

Ermənistanın Sisyan şəhərinin keçmiş meri, hazırda müxalif “Hayastan” blokundan deputat Artur Sərkisyan jurnalistlərə ötən ilin dekabrında erməni işğalçı bölmələrinin Şərqi Zəngəzurdan-Zəngilan və Qubadlının sərhədyanı ərazilərindən necə çıxarıldığını danışıb. 

Onun sözlərinə görə, 2020-ci il dekabrın 17-də o vaxtkı müdafiə naziri Vaqarşak Arutyunyan Gorusa baş çəkib və yerli icmaların rəhbərlərini toplayaraq dekabrın 18-i axşam saat 5-ə qədər bütün erməni silahlı bölmələrinin tutduqları mövqelərdən geri çəkilməli olduğunu bildirib.

Xatırladaq ki, Qarabağda 44 günlük müharibə 10 noyabr üçtərəfli bəyanatı əsasında dayandırılanda Ermənistan ordusunun qalıqları və könüllülərdən ibarət dəstələr hələ Qubadlı və Zəngilan rayonlarının bir hissəsindən çıxarılmamışdı. Və üçtərəfli bəyanatda həmin rayonların Ermənistanla sərhəd ərazilərinin işğaldan azad edilməsi barədə heçnə deyilmirdi.

Lakin dekabrın ortalarında Azərbaycan bu istiqamətdə özünün dövlət sərhədini bərpa etdi və erməni silahlı bölmələri əsasən müqavimətsiz geri çəkildilər. Bəzi yerlərdə erməni ordusunun qalıqları Ermənistan ərazisinə geri çəkilməkdən imtina etməyə çalışsalar da Azərbaycanın sərhəd qoşunlarının komandanlığının sərt ultimatumu onları tezliklə tutduqları mövqeləri tərk etməyə məcbur etdi.

İndi Sisyanın keçmiş meri deyir ki, üçtərəfli bəyanatda “tərəflər tutduqları mövqelərdə qalırlar” bəndinin olmasına baxmayaraq müdafiə nazirinin bu göstərişi verməsinin səbəbi məlum deyildi.

“Bundan əvvəl icma rəhbərlərinə demişdilər ki, qoşunlar tutduqları mövqelərdə qalırlar. Bizim 10 noyabr sənədində göstərilmədiyi halda nəyə görə geri çəkilməli olduğumuz haqda bütün suallarımıza nazir belə cavab verdi ki, o heç nə bilmir, kursda deyil”,-Sərkisyan bildirib.

O əlavə edib ki, bəzi yerlərdə erməni bölmələri 25 kilometr geri çəkildilər(virtualaz.org).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"