Zəngəzue dəhlizi nə vaxt istifadəyə veriləcək? - Tarix açıqlandı

26 oktyabr, 2021 20:34

"Bu yolun üzərində üç tunelimiz var. Uzunluğu toplam 3610 metrdir. Hazırda Zəngilan ərazisində dördüncü tunel tikilir”.

“Azsiyaset” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Zəngəzur dəhlizinin təməlqoyma mərasimində görülən işlər barədə dövlət başçılarına məlumat verərkən deyib.

O bildirib ki, tuneldə artıq 160 metr iş görülüb:

“Bu hissədə bütün yolu “Kalyon” şirkəti tikir. Həmin yolun üzərində Zəngilan hava limanı da yerləşir. Hava limanına gedən yolun 20 kilometrlik hissəsini “Kalyon” şirkəti ilə birlikdə Azərbaycan şirkəti tikir. Bu yolun üzərində rayon mərkəzləri ilə hava limanını birləşdirən 7 qovşaq tikiləcək. Bu qovşaq təməli qoyulan yolun sıfırıncı kilometrində olacaq.

Bu, bizim dayandığımız 6-4 cərgəli Əhmədbəyli-Füzuli ana yoludur. Bu isə, həmin bu qovşaqdan çıxıntılarla Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol olacaq, İnşallah. Bu da Əhmədbəyli-Füzuli-Şuşa yolunda gedən tikinti işlərinin şəkilləridir, “Çingiz İnşaat”ın işlədiyi tunellərdir. Burada işlər həm partlatma üsulu ilə gedir, həm də sıxma üsulu ilə”.

O qeyd edib ki, hazırda qısa tunellərdə işlərin 45-50 faizi yerinə yetirilib. Bunlar da tikinti vaxtı görülən işlərdir. Biz möhtərəm cənab Prezidentin göstərişi ilə orada tikintiyə qışda başlamışdıq. Bunlar həmin dövrdə çəkilən şəkillərdir.

Ümumiyyətlə, Qarabağ zonasında heç vaxt 4-6 cərgəli avtomobil yolu olmamışdır. İlk dəfədir Qarabağda belə yollar tikilir. Bu isə Zəngəzur dəhlizi üzrə “Kalyon” şirkətinin çəkdiyi yollardır. Burada da həyat olmayıb. Bu yolun mövcud Horadiz yoluna ən uzaq məsafəsi 1,6 kilometr, ən yaxın məsafəsi 200 metrdir. Böyük işlər görülüb, “Kalyon” şirkəti tərəfindən işin demək olar ki, 45 faizdən çoxu yerinə yetirilib. Allahın köməyi ilə gələcəkdə, yəqin ki, 2023-cü ilə qədər bu yolun açılışında da iştirak edərsiniz”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"