ABŞ İrana ultimatum verdi - "Problemin diplomatik həlli üçün "pəncərə" bağlanır..."

27 oktyabr, 2021 00:33

ABŞ İranın nüvə sazişinin bərpasına dair danışıqların dərhal başlanmasını istəyir və problemin diplomatik həlli üçün “pəncərənin” tədricən bağlandığı barədə xəbərdarlıq edir.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Hesab edirik ki, əgər öhdəliklərin qarşılıqlı yerinə yetirilməsi istiqamətində sürətli irəliləyiş əldə etmək istəyiriksə, Vyanada danışıqların yeddinci raundu dərhal keçirilməlidir”, Prays jurnalistlərə deyib.