YAP-da nə baş verir? - “ADDY” sədrinin 5 min “paket”i, üsyankarlıq, işə sərxoş halda gələn rayon təşkilat sədrləri...

12 sentyabr, 2020 15:29

Yeni Azərbaycan Partiyasındakı böhran hər gün daha da dərinləşir, özünü “köhnə qvardiya”nın üzvü hesab edən şəxslər hazırda ağır psixoloji sarsıntılar keçirirlər. Hesab edirlər ki, YAP-ın qurulmasında və təşkilatlanmasında onların böyük əməyi var, ömürlərinin böyük hissəsini partiyada keçiriblər, ona görə də onlara kimsə toxunmamalıdır və ölkədə bütün sahələr üzrə aparılan islahatlar hakim partiyadakı bu şəxslərin toxunulmazlığına kölgə salmamalıdır.

Azsiyasət.com-a daxil olan məlumata görə, Siyavuş Novruzovun YAP İcra katibinin müavini vəzifəsindən kənarlaşdırılmasından sonra partiyada ciddi konfliklər yaranıb. Mənbə bildirir ki, S.Novruzovun işdən çıxarılması gözlənilməz olub. Belə ki, S.Novruzovun mobil telefonuna zəng gəlib, partiyadakı vəzifəsindən azad edildiyi bildirilib və ondan qərargahı dərhal tərk etməsi tələb olunub. Məhz bundan S.Novruzovun halı dəyişib, bütün əşyalarını yığışdırıb və kollektivlə vidalaşaraq bu sözləri deyib: “Mən partiyanı özümə əsas evim bilirdim”.

Mənbə bildirir ki, YAP-ın mərkəzi qərargahının əməkdaşları arasında hər gün dava-dalaş gedir. Xüsusilə də, mərkəzi qərargahın 63 yaşlı əməkdaşı Misirxan Vəliyev “üsyankarlıq” edərək YAP-da islahatların aparılacağı ilə bağlı səslənən iddialara öz etirazını bildirir. Uzun illərdir hakim partiyanın milyonlarla pula başa gələn uğursuz "trol siyasəti"nin bir parçası olan bu şəxs mərkəzi ofisdən uzaqlaşdırılacağı təqdirdə patiya rəhbərliyinə qarşı ictimai formada açıq müqavimət göstərəciyini də qeyd edir. Hətta mərkəzi qərargahın əməkdaşları bir-birilərini açıq şantaja keçiblər.

Misirxan Vəliyev

Azsiyasət.com-a danışan mənbə bildirir ki, “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-nin sədri Cavid Qurbanov hakim partiyanın yap.org.az saytına qeyri-rəsmi 5 min manat pul verir. Sayta nəzarəti isə YAP-ın mətbuat katibi Hüseyn Paşayev həyata keçirir. C.Qurbanov pulu köməkçisi Həbib Misirov vasitəsilə H.Paşayevə göndərir.

Cavid Qurbanov

Qeyd olunur ki, YAP-dan deputat seçilən şəxslər və bir çox məmurlar yap.org.az saytına aylıq “paket” göndərirlər. Eyni zamanda, məmurların yap.org.az saytına verdiyi müsahibələrdən alınan pullar da birbaşa H.Paşayevin cibinə axır.  Həmçinin, H.Paşayevdən şikayətçi şəxslər var, hansı ki, o, əvəllər həmin şəxslərdən işədüzəltmə adı altında müxtəlif məbləğlərdə pul alıb. Ancaq heç bir iş görməyib. İndiyə qədər bu şəxslərin susmasının səbəbi isə H.Paşayevin şantajından qorxmalarıdır. Yaxın günlərdə Azsiyasət.com saytı bu şikayətlərdən birini dərc edəcək.

Hüseyn Paşayev 

Mənbə onu da əlavə edir ki, partiyada özbaşınalıq və nəzarətsizlik o həddə çatıb ki, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün günü sərxoş halda işə gəlir.

Ramiz Göyüşov

Hətta partiyanın zoom tədbirlərinə içkili halda qatılır. Necə ki, pandemiyadan əvvəl partiyanın açıq tədbirlərində, konfranslarında sərxoş halda iştirak edirmiş. Partiya işindən başqa “işədüzəltmə” əməliyyatları da həyata keçirən R.Göyüşov bir müddət əvvəl Kənan Kərimov və Şəmsi Gülverdi adlı şəxsləri də Binəqədi Rayon İcra Hakimiyyətinə işə düzəldib.

Azsiyasət.com

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"