"Zəngəzurdan hərbi birliklərin geri çəkilməsi əmrini şəxsən mən vermişəm, dekabrda ordunu çəkməsəydim..." - Nikol Paşinyan

28 oktyabr, 2021 00:16

Zəngəzurdan hərbi birliklərin geri çəkilməsi əmrini şəxsən mən vermişəm.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında deyib.

Onun sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenilənməsinə imkan verməmək üçün atılıb: “Biz istəyirdik ki, heç olmasa, müvəqqəti də olsa, strateji mahiyyət daşıyan yolu itirməyək”.

Ermənistan blokunun üzvü Anna Qriqoryan 18 dekabr 2020-ci ildə verilən bu əmrdən sonra Azərbaycan ordusunun əraziyə girdiyini bildirib. O, geriçəkilmə əmrinin şifahi, yoxsa yazılı olduğunu da soruşub.

“Zəngəzurla bağlı məsələdə mən haçansa öz məsuliyyətimdən imtina etmişəm? Yazılı və şifahiyə qalanda, əmr mövcud prosedurla verilir. Müzakir etmişik və qərar verilib. TŞ toplantısı olmayıb, ancaq TŞ-nin bütün üzvləri, Zəngəzurun qubernatoru, “heç nədən xəbərim yoxdur” deyən xarici işlər naziri, o cümlədən nazir müavini o müzakirədə iştirak edirdilər. Və qərar qəbul edildi. Biz yeni müharibədən qaçmaq istəyirdik. Əgər bu qərar verilməsəydi, hərbi əməliyyatlar yeni güclə başlayacaqdı. Onda, doğrudur, Zəngəzurda bizim ciddi problemlərimiz yarandı. Biz onlarla km öndə idik, təəssüf ki, geri çəkilməyə məcbur olduq”, - Paşinyan deyib.

Paşinyan həmçinin bildirib ki, Ermnistan 7 rayonun qaytarılması barədə saziş imzalamışdı (yəni Şərqi Zəngəzurdan geri çəkilməli idi – red.) və bu, artıq yeni xəbər deyil.

N.Paşinyan əmri özünün verdiyini, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın isə icra etdiyini bildirib: “Mən şəxsən bu qərardan və Zəngəzurdakı situasiyadan məsuliyyət daşıyıram”.

Paşinyan, həmçinin, Azərbaycanın üçtərəfli bəyanatın “ordular hazırda mövcud olduqları yerdə qalacaqlar” bəndini icra etmədiyini də bildirib.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatının bu bəndi atəşkəslə bağlıdır. Daha sonra Azərbaycanın 3 rayonundan erməni silahlı qüvvələrinin çıxarılması və Azərbaycanın dövlət sərhədinə yerləşməsi də bəyanatın bəndinə tam uyğundur.

Xatırladaq ki, Ermənistan müxalifəti erməni ordusunun dekabrda 25 km-dan çox geri çəkildiyini açıqlamışdı.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"