Bakı-Xankəndi aviareysi nə vaxt açılacaq?

28 oktyabr, 2021 10:04

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdioğanın Füzuliyə tarixi səfəri sözsüz ki, hələ bir müddət siyasi müşahidəçilərin müzakirə predmeti olacaq. Daha bir səbəbdən: səfər zamanı Ərdoğan və azərbaycanlı həmkarı İlham Əliyev noyabrın 1-ci dekadasında Moskvada imzalanması gözlənilən növbəti üçtərəfli sazişdən dolayı son dəfə mövqe dəqiqləşməsi, məsləhətləşmələr aparıb, saat əqrəblərini tutuşdurublar.

Bunun məhz Qarabağda edilməsi isə İrəvana və separatçı tör-töküntülərə məxsusi bir mesaj və ciddi xəbərdarlıq idi. O anlamda ki, sərsəm ideyalar və arzularla yaşamağa son qoysunlar, çünki separatçıların da, revanşistlərin də qatarı artıq gedib, özlərini yormasınlar. Ondansa, nə qədər gec deyil, ağıllarını başlarına yığıb böhranlı durumda çabalayan erməni xalqına gün ağlasınlar, Ermənistanın dövlət kimi xilası yönündə real addımlar atsınlar. “Yol  xəritəsi” bəlli.

Bu kritik mesaj Azərbaycan və Türkiyə liderlərinin srağagün Zəngilan bəyanatlarında da əksini tapıb. İki dövlətin başçıları bir daha rəsmi İrəvanı səmimi olub rasional yanaşma sərgiləməyə, bölgədəki yeni status-kvonu qəbul edib Azərbaycan və Ermənistanın beynəlxalq səviyyədə təsdiqlənmiş ərazi bütövlüyünü, sərhədlərini qarşılıqlı şəkildə tanımağa çağırış ediblər. Necə deyərlər, “top” Ermənistanın meydanındadır. Həm də çoxdan. Üstəlik, zaman İrəvanın xeyrinə işləmir və qərar vermək üçün vaxtı az qalıb...

*****

Belə görünür, proseslərin məntiqi sonluğu və inkişafının hara apardığını hamıdan yaxşı məhz “Şeytan yuvası” Xankəndində dərk eləməyə və təlaşlanmağa başlayıblar. Özlərini komik şəkildə qondarma qurumun “xarici işlər naziri” (David Babayan), “dövlət katibi” (Artak Beqlaryan), “prezident”i (Araik Arutunyan) adlandıran separatçı elementlərin Rusiyaya və ABŞ-a (Beqlaryan) intensivləşən “səfərləri” elə bundan xəbər verir.

Hərçənd gələn xəbərlərə görə, onları heç it yerinə də qoymayıblar. Ona görə ki, “artsax”ın kitabı bağlanıb. İndi müzakirə masasında Ermənistanın taleyidir, o ki ola hansısa mifik və oyuncaq rejimin.

Bu yandan da Azərbaycan dövləti işğaldan azad edilən ərazilərdə elə bir sürətli və geniş quruculuq işləri aparır ki, dostlarımız da (yaxşı mənada), düşmənlərimiz də, o sırada təbii ki, ermənilər də əməlli-başlı şokdadırlar. Başqa sözlə, Qarabağın gerçək sahibinin iqtisadi baxımdan da nələrə qadir olduğuna hamı əyani şahidlik eləməkdədir.

Məsələn, erməni telekanallarından birinin aparıcısı Ərdoğanın son Qarabağ səfərinə kinayəli şəkildə belə şərh edib: “Beynəlxalq status almış hava limanı (Füzuli - red.) cəmi 8 aya tikilib. Bəs 1994-cü ildən başlayaraq son 26 il ərzində orada nə tikilib? 26 il ərzində biz, sadəcə, əbədiyyətdən həzz almışıq. Bəlkə biz müdafiə strukturları tikdiyimiz üçün hava limanları inşa edə bilməmişik? Yox? Bunu da eləməmişik? Bəs 2012-ci il oktyabrın 1-də istifadəyə verilən “Stepanakert" Beynəlxalq Hava Limanı (dırnaqlar bizimdir - red.) və “İrəvan-Stepanakert” reysinin ilk sərnişini necə oldu? Uçdumu?"

*****

Əlbəttə ki, yox. Uça bilməzdi də. Yada salaq: həmin ilk “sərnişin” eks-prezident, 2018-ci ildə hakimiyyətdən rüsvayçı şəkildə qovulan, Xocalı hərbi canisi Serj Sərkisyan olmalı idi. Amma arzusu ürəyində qaldı. Çünki separatçılar xərc çəkib təmir elədikləri həmin hava limanından istifadə edə bilmədilər. Azərbaycan icazə vermədi.

Həmin hava limanı yalnız Azərbaycanın Qarabağ, o cümlədən Xankəndi üzərində suverenliyini tam təmin etdikdən sonra işləyə bilər. Əgər işğal dövründə buna nail ola bilməyiblərsə, indi - Şuşadan tam nəzarətimiz altında ikən bunu ağıllarının ucundan belə keçirə bilməzlər.

Sözsüz ki, nə vaxtsa, Bakı-Xankəndi, hətta İrəvan-Xankəndi reysləri də açılacaq. Daha doğrusu, Ermənistan ölkəmizin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyandan dərhal sonra. Ümid var ki, bu, gələn ayın birinci yarısı və ya ilin sonuna reallaşa bilər. Bundan ötrü erməni siyasi isteblişmenti ən əvvəl “Artsaxsız Ermənistan yoxdur” sarsaq ideologiyasından əl çəkməli, yalnız öz simvolik dövlətinin qeydinə qalmadır. Əks təqdirdə, həqiqətən Ermənistanın özü də dünyanın siyasi xəritəsindən silinə bilər.

*****

Erməni xalqı üçün bütün intriqa da elə burada gizlənib. İş də elə ondadır: Ermənistan adında dövlət guya var ki? 30 ildə mövcud olubmu? Müstəqilliyini elan elədiyi gündən öz sərhədlərini özü qorumayan, rusları köməyə çağıran bir “dövlət” dövlət sayıla bilərmi? Yaxud ərazisində yad dövlətin - Rusiyanın hərbi bazalarının olduğu ölkə necə özünü müstəqil hesab edə bilər? 44 günlük müharibədən sonra isə o, indi heç sınıq-salxaq orduya da malik deyil.

Bu yerdə rusiyalı hərbi eksperti Yevgeni Krutikov tam haqlıdır deyəndə ki, ümumiyyətlə, Ermənistanın mövcudluğunun mənası qalmayıb. Di gəl, kapitulyant ölkədə hələ də hərbi revanşı xəyal edən axmaqlar var.

O, yeni müharibə ehtimalının olmadığını vurğulayıb: “Heç bir müharibə ehtimalı yoxdur. Kiminlə müharibə aparacaq Azərbaycan? Bizim işğaldan azad olunan bölgələrimizdə yenidən müharibə apara biləcək kifayət qədər ehtiyat qüvvəmiz var. Bizim hazırda yeganə problemimiz Qarabağdakı separatçı tör-töküntülərdir. Onlarla bağlı məsələnin də noyabr ayının ortasında imzalanması gözlənilən üçtərəfli müqavilə ilə həll ediləcəyini düşünürəm”.

Bölgədə və onun ətrafında sürətlə cərəyan edən proseslər, artan siyasi-diplomatik fəallıq bu ehtimalı daha da gücləndirir(musavat.com).

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR