"Ramiz Mehdiyevlə vuruşmaq üçün əsaslı faktlar tapın, adam 30 il idarəçiliklə məşğul olub" - Sabiq deputat

12 sentyabr, 2020 15:52

Sabiq deputat Gülər Əhmədova Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev mövzusunda adının hallandırılmasına kəskin etiraz edib.

Azsiyasət.com xəbər verir ki, G.Əhmədova bununla bağlı özünün sosial şəbəkədəki hesabında "AzeriFreedom" kanalının rəhbəri Qurban Məmmədova müraciət edib.

Müraciəti olduğu kimi yayırıq: 

"Qurban müəllim, qulaq asdım anonsunuza. Bu günə qədər çoxsaylı məsuliyyətsiz,bol emosiyalı,faktsız,sənədsiz, "fake" məlumatlar paylaşmısınız ki, indi onların altından çıxmaq çətindir. Başa düşürəm. Amma neyləmək olar. Həyatdır. Ümumiyyətlə, avantürizm və qisasçılıq, habelə özünü hamıdan üstün, ağıllı görmək, təkəbbür heç kimi yaxşı bir sonluğa gətirmir. Siz bir tərəfdən artıq dövlətə təslim olmaq, bir Robin Qud kimi digərlərini xilas edərək özünüzü tək təqsirkar kimi elan edirsiniz, digər tərəfdən də məni, işgəncə ilə həbs olunmuş qadını yenə də şərləyirsiniz. Ən azı, ayıbdır.

Siz, tələsməyin, gəlin Bakıya, öz günahlarınıza cavab verin, mənim üçün narahat olmayın".

G.Əhmədova daha sonra Q.Məmmədova müraciətlə yazıb ki, əziz dostunuz Əli Həsənovun tapşırığı ilə bu vicdansız və qorxunc yalan 2012- ci ildən bütün mətbuat vasitəsi ilə dövriyyəyə buraxılıb. Respublika Prokurorluğu, Bakı şəhər prokurorluğu, böyük professionallıq və həvəslə araşdırdı və bu nəticəyə gəldi ki, qadın(Sevinc Babayevanı nəzərdə tutur-müəl.) öz əcəli ilə rəhmətə gedib, uzun illər Bakıda müalicə alıb, infarkt keçirdib: 

"Türkiyə hüquq-mühafizə orqanları 6 aydan sonra göndərdiyi ekspertiza rəyi mətbuata açıqlandı. Məni qatil elan etmək istəyənlər yeni hoqqalardan çıxmasınlar deyə mərhumun ürəyi və ağ ciyəri Türkiyədə saxlanıldı.

Mənim bu məsələlərdə günahsızlığım çoxdan sübut olunub. Əks halda, keçmiş dostlarınız mənim qanımı çay qaşığı ilə içib, söz verdikləri kimi 15 illik edəcəkdi. Allah böyükdür, çox şükür.

İndi sizlər, ağsaqqal kişilər, bir ayağınız burda, bir ayağınız gorda, utanmazcasına dəliqanlılıq edib ağzınıza gələni danışırsınız, yalanla doğrunu elə qatışdırmısınız ki, şeytan da baş aça bilmir. Nə deyim vallah...

Mənim sizə kafa tutacaq nə həvəsim, nə də sağlamlığım. Bu türlü-türlü avantürist yalanlarınıza görə siz də, keçmiş dostlarınız da həm burda, həm də ötəki dünyada cavab verəcəksiniz. Sizə və sizin keçmiş dostlarınıza yalnız bir söz verə bilərəm. Axirətdə,nə qədər savabınız varsa, əlim boğazınızda, sizdən alacağam. Şər- böhtan deyənin axirətdə savabları şərlədiyi şəxsə yazılır, inşallah. Bakıda görüşənədək. Salamat qalın".

G.Əhmədova sonda Ramiz Mehdiyevin əleyhinə ondan və Sevinc Babayevanın ölümündən istifadə etmək istəyənlərə də müraciət edib: 

"Bu temada "çörək yoxdur" Bilən adamlar bilir ki, Ramiz Mehdiyevin uzun illər məndən zəhləsi gedib. Niyəsini də bilənlər bilir... O səbəbdən, R.Mehdiyevlə vuruşmaq üçün əsaslı faktlar tapın. Adam 30 il idarəçiliklə məşğul olub, bir ciddi siyasi, iqtisadi faktla ortaya çıxa bilmirsiniz. Çevir tatı, vur tatı.. Alınmadı da ... şərləmək və heç nə sübut olunmadı. Arada məni və ailəmi bədbəxt elədiniz, Allah şər danışanların evini yıxsın. Necə ki, yıxır..."

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"