"10 ölkənin səfirlərini Türkiyədən çıxaracaqdıq, lakin..." - Çavuşoğlu

28 oktyabr, 2021 11:26

ABŞ və digər 9 ölkənin səfirlərinin Osman Kavala ilə bağlı açıqlaması qəbuledilməzdir.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsində hər şey açıq sürətdə yazılıb: “Diplomatlar çalışdıqları ölkələrin daxili işlərinə qarışa bilməzlər”.

XİN rəhbəri xatırladıb ki, Türkiyə Prezidenti ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirlərinin ölkədən çıxarılması üçün təlimat verib. Nazir əlavə edib ki, Prezidentin təlimatı əsasında 10 səfirin ölkədən çıxarılması üçün müvafiq çalışma aparılıb.

M.Çavuşoğlu qeyd edib ki, adıçəkilən ölkələrin səfirləri öz səhvlərini başa düşüblər.

Nazir ABŞ səfirinin Osman Kavala ilə bağlı açıqlamasının arxasında Prezident Co Baydenin dayanması məsələsinə də münasibət bildirib.

“Bizim əlimizdəki məlumata görə, ABŞ səfirinin məlum açıqlamasının arxasında Co Bayden dayanmayıb”, - M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 2013-cü ildə baş verən “Gezi parkı” hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri oktyabrın 18-də birgə bəyanat imzalayıblar. Bundan sonra Ərdoğan həmin 10 ölkənin səfirlərinin “persona non qrata” elan olunmalarının mümkünlüyü ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə tapşırıq verib.

Xatırladaq ki, ABŞ 18 oktyabr tarixli bəyanatla bağlı bəzi problemlər yarandığı üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə əməl etdiyini təsdiqləyib. Daha sonra Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankarada fəaliyyət göstərən səfirlikləri tərəfindən də yuxarıdakı açıqlama paylaşılıb.

“Anadolu” informasiya agentliyinin Türkiyə Prezident Administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən səfirliklərin məlum mövqeyini müsbət qarşılayıb.

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsi diplomatın yaşadığı ölkənin qanun-qaydalarına hörmət etməsini və daxili işlərinə qarışmamağını tələb edir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"