"Qarabağdan sonra çoxları bu silahdan qorxur. Və düz edib qorxur..." - Vəziyyət sürətlə dəyişir

28 oktyabr, 2021 14:07

Ukrayna silahlı qüvvələri ilə Donbass separatçıları arasında təmas xətti boyu vəziyyət yenidən gərginləşir, hər iki tərəf təmas xəttinə doğru zirehli texnika və canlı qüvvə cəmləşdirir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə Ukrayna ordusunun ölkənin dərinliklərindən şərqinə doğru hərəkət edən hərbi karvanlarının videogörüntüləri yayılır, dəmir yol eşalonları və quru yolu ilə böyük sayda zirehli texnika, artilleriya və hərbi avtonəqliyyat vasitələri hərəkət edir.

O cümlədən Donetsk və Luqansk separatçıları öz tanklarını, ağır artilleriyasını ön xəttə doğru yenidən dislokasiya edir. Bir neçə gündür ki, tərəflər bir-birlərinin mövqelərinə artilleriyadan və minaatanlardan intensiv zərbələr endirirlər.

Xəbər verildiyi kimi, Ukrayna ordusu ilk dəfə separatçıların artilleriya mövqeyinə “Bayraktar TB2” pilotsuz döyüş təyyarəsindən zərbə endirib, separatçılar isə dronlardan Ukrayna ordusunun mövqelərinə partlayıcı maddələr atırlar. Bir gün əvvəl isə Ukrayna ordusunun bölmələri Donetsk vilayətində neytral zonada yerləşən Staromarinka kəndini tutub.

“Moskovskiy Komsomolets” qəzeti Donbassda vəziyyətin yenidən gərginləşməsi mövzusu ilə bağlı hərbi ekspert Aleksandr Mixaylovski ilə söhbətləşib. Onun fikrincə, Ukrayna ordusu Azərbaycan ordusunun Qarabağdakı 44 günlük müharibə təcrübəsindən istifadə edərək Donbass üzərində nəzarəti geri qaytarmağa hazırlaşır. Və bu zaman “Bayraktar”ları geniş tətbiq etmək niyyətindədir.

“Qarabağdan sonra çoxları bu silahdan qorxur. Və düz edirlər. Haradasa yarım il əvvəl mən demişdim ki, Donetsk və Luqansk döyüşçüləri havaya tez-tez baxmalıdır. Çünki artıq o vaxt Ukrayna həmin PUA-ları poliqonlarda sınaqdan keçirirdi, operator heyətləri hazırlanırdı. İndi isə biz görürük ki, onlar hazırlıqlıdır və Ukraynanın əlində kifayət qədər PUA var. İkincisi, indi üzə çıxır ki, tanınmayan “respublikaların” hava hücumundan müdafiə sistemlərində “dəliklər” var və PUA-lar oradan maneəsiz keçə bilir. Lakin Ukrayna PUA-ları Qarabağda olduğu kimi arxayın uçmur, orada onlar təmas xəttindən xeyli dərinliklərdə erməni mövqelərini rahatca vururdu. Burada isə ehtiyatla hərəkət edirlər. Görünür, rəqibin imkanlarını öyrənirlər” - ekspert deyib.

A.Mixaylovski bildirir ki, Ukrayna silahlı qüvvələrinin strategiyası dəyişməyib - bir neçə zərbə ilə Donbass yaraqlılarının mövqelərini yarmaq, sonra onları sıxışdırmaq və Rusiya ilə sərhədə çıxmaq. Ardınca isə ardıcıl şəkildə onları əzmək. “Pilotsuz təyyarələr qarşısında bu vəzifə dayanır: zirehli tank birləşmələrinin yolunu açmaq və düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq, bunun ardınca pilotlu aviasiyanı işə salmaq. Əgər Kiyev hücuma qərar versə məhz bu plan həyata keçiriləcək. Amma hələlik ola bilsin söhbət Ukrayna tərəfdən “əzələ oynatmaqdan” gedir. Bunu biz son illərdə bir neçə dəfə görmüşük” - o deyib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI