Ermənistan Azərbaycanla sərhədlərin 1920-ci il xəritələri əsasında dəqiqləşdirilməsinə hazırdır - Armen Qriqoryan açıqladı

28 oktyabr, 2021 17:36

Ermənistan hökuməti sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqlar prosesinə hazırdır, Azərbaycan hakimiyyətindən siqnal gözləyir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün hökumətin iclasından sonra jurnalistlərə belə deyib.

“Biz delimitasiya və demarkasiya prosesinə başlamağa hazırıq, işçi qrupunun bütün təkliflərini müzakirə etməyə hazırıq və Azərbaycan tərəfindən müsbət siqnallar gözləyirik. Belə görünür ki, deyəsən sentyabrda onlar BMT-də belə bəyanat vermişdilər, amma biz bu məsələ ilə bağlı irəliyə getməmişik”,- Qriqoryan bildirib.

Təhlükəsizlik Şurasının katibi sərhədlərin hansı xəritələr əsasında müəyyən edilməli olduğuna dair məsələnin hələ aydınlaşmadığını deyib. “Belə xəritələr hazırda dövriyyədə yoxdur. Üçtərəfli işçi qrupu prosesə necə başlamağı müzakirə edir. Biz hansısa aydınlıq olanda ictimaiyyəti məlumatlandıracağıq”,-Qriqoryan belə deyib.

O qeyd edib ki, Ermənistan sərhədlərin 1920-ci il xəritələri əsasında dəqiqləşdirilməli olduğunu düşünür və bu xəritələrin erməni tərəfinin maraqlarına ziyan vurduğu haqda rəyləri bölüşmür. “Həmin dövrün xəritələri hüquqi qüvvəsi olan yeganə xəritələrdir” - Qriqoryan bildirib.

Xatırladaq ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasındakı sərhədlərin delimitasiya və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında saxlanılan sovet hərbi xəritələri əsasında aparılmalı olduğunu deyib. Putin bildirib ki, bu proses ancaq Rusiyanın iştirakı ilə aparıla bilər və hansısa digər  tərəfə ehtiyac yoxdur. Çünki sərhədlərin delimitasiyası və demarkasiyasına imkan verən xəritələr ancaq Rusiya Baş qərargahındadır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"