Fransa "Bayraktar"lara görə Ukraynaya qarşı çıxdı - Rəsmi Parisi narahat edən nədir?

29 oktyabr, 2021 01:25

Paris Ukrayna silahlı qüvvələrinin Donbassda Türkiyənin "Bayraktar" pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı birmənalı olmayan bəyanat yayıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatında deyilir.

Nazirlik Ukrayna ərazilərinin işğalını pisləmək əvəzinə ədalətsiz mövqe nümayiş etdirib: “Biz Ukraynanın şərqində hərbi əməliyyatların intensivliyinin artması, o cümlədən Minsk razılaşmaları ilə qadağan olunmuş ağır silahların getdikcə daha tez-tez istifadə olunmasından, eləcə də Ukrayna ordusunun baş qərargahının “Bayraktar” zərbə pilotsuz təyyarəsinin istifadə edilməsi barədə açıqlamasından narahatıq”, - diplomat bildirib.