Moldovada böhran: Prezident Mayya Sandu Azərbaycandan kömək istədi - "QAZPROM" bu ölkəni sıxışdırır...

29 oktyabr, 2021 10:46

Moldova prezidenti Mayya Sandu ölkədə yaranmış kəskin yanacaq böhranı ilə bağlı Rumıniya, Polşa, Almaniya və Azərbaycandan kömək istədiyini bəyan edib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Avropa bazarlarında təbii qazın qiymətinin fantasik ölçülərdə artdığı bir vaxtda kasıb ölkə Moldova Rusiyanın “Qazprom” şirkəti ilə anlaşa bilmir və nəticədə yanacaq təchizatı ilə bağlı mürəkkəb vəziyyətlə üzləşib.

“Mən qaz böhranının aradan qaldırılması üçün Moldovanın əsas tərəfdaşlarından yardım istəmişəm və belə cavab almışam ki, respublikanın sakinləri bu böhran qarşısında tək qalmayacaqlar”,- prezident Sandu bildirib.

Moldova dövlət başçısı deyib ki, bu məsələni Vyanaya səfəri zamanı qaldırıb, habelə Avropa rəsmiləri ilə müzakirə edib. Prezident ümid etdiyini bildirib ki, onun ölkəsi tezliklə bu energetika böhranını aradan qaldıra biləcək.

Moldova “Qazprom”la 2008-ci ildə imzalanmış müqavilə üzrə Rusiyadan qaz alırdı, bu il sentyabrın 30-da müqavilənin vaxtı bitib. Tərəflər yeni şərtlərlə bağlı razılığa gələ bilməyiblər və iki dəfə müqavilənin müddətini bir aylıq uzadıblar. Üstəlik qazın min kubmetrinin qiyməti 790 dollardan hesablanıb. Rusiya şirkəti bildirir ki, Moldova indiyədək yığılıb qalmış 700 milyon dollarlıq borcunu ödəyəndən sonra bu ölkəyə qaz təchizatını davam etdirə bilər. Əks halda dekabr ayından “Qazprom” Moldovaya qaz təchizatını dayandıracaq.

Məlumatlara görə, Rusiya tərəfi eyham edir ki, Moldova nisbətən ucuz qiymətə qaz almaq istəyirsə özünün qərbyönümlü oriyentasiyasını dəyişməlidir və Moskvanın orbitinə qayıtmalıdır. Qərbyönümlü prezident Mayya Sandu isə bu şərti rədd edir.

Yaranmış vəziyyətlə bağlı Moldova parlamenti oktyabrın 22-də ölkədə fövqəladə vəziyyət elan edib, habelə Kişnyov Polşanın PGNiG və Niderlandın Vitol şirkətindən 1 milyon kubmetr qaz alıb. Əgər qaz təchizatında böhran aradan qaldırılmasa ölkədə elektrik enerjisi böhranı da başlayacaq.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"