"Sovet dövrünün istənilən xəritəsi Azərbaycanın maraqlarına uyğundur" - Tarixçi

29 oktyabr, 2021 14:51

Ermənistanla Azərbaycan arasında sərhədlərin demilitasiyası və demarkasiyası ilə bağlı müxtəlif sovet xəritələrinə istinadlar və spekulyasiyalar var. O cümlədən 1920, 1921 və 1923-cü ilin xəritələri və ya keçmiş SSRİ Silahlı Qüvvələri Baş Qərargahının hərbi xəritlərinin əsasa götürülməsi mübahisəsi bitmir. Rəsmi İrəvan daha çox 1920-ci ilin xəritəsinə, Kreml isə Baş Qərargahın xəritəsini demarksiya üçün münasib hesab edir.

"Azsiyaset" xəbər verir ki, yenisabah.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bildirib ki, hər bir tərəf bu məsələyə öz maraqlarından yanaşır.

“Azərbaycan Respublikası Konstitusiya Aktı ilə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Cümhuriyyət dönəmində əhalimizin kompakt yaşadığı, 114 min kv.km və yaxud da qonşularının mübahisəli hesab etmədiyi 96 min kv.km-lik ərazisini iddia edə bilər. 

Bir daha qeyd edirəm, əgər məsələyə sərf etmə prinsipiylə yanaşılarsa. Çünki Cümhuriyyətin varisi olaraq bizim buna haqqımız var, amma Azərbaycan Respublikası hüquqi baxımdan, obyektivlik əsasında qonşularının maraqlarını nəzərə alan bir mövqe sərgiləyir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra BMT səviyyəsində beynəlxalq aləmdə tanınmış sərhədlərinin bərpasını istəyir”, – deyə tarixçi-alim qeyd edib.

Onun sözlərinə görə, əgər Ermənistan yenə də siyasi spekulyasiya və təxribatla məşğul olmaq istəyəcəklərsə, onda Azərbaycan daha çox haqqı olan tarixi ərazilərlə bağlı iddialarla çıxış edə bilər.

“Bu ərazilər xəritələrdə təsdiq olunub. Məsələn, əgər söhbət 1920-ci ildən gedirsə, 1920-ci ildən sonra Azərbaycanın torpaqları məhz elə kommunist rəhbərliyinin iradəsi ilə Ermənistan SSR-ə verilib. O ərazilərin hamısının indi Azərbaycan Respublikasına qaytarılması məsələsi də qoyula bilər. Buna görə də, bütün hallarda Ermənistan dövləti bu məsələdə öz vəziyyətini gərginləşdirməmək, belə hərəkətlərlə vaxt udub, sülh sazişi bağlamaqdan çəkinmək, vaxtı uzatmaq prinsipi ilə çıxış edəcəksə, bu, ancaq onların maraqları ziyanınadır. Həmçinin, Türkiyə və Emrənistan arasında sərhədlərin açılması da adekvat olaraq onun Azərbaycanla münasibətlərinin hüququ müstəvidəki həllindən asılıdır”.

Firdovsiyyə Əhmədova vurğulayıb ki, bu məsələlərdə Azərbaycan Respublikası hələ ki təmkinli, səbrli mövqe tutur:

“Bütün hallarda sovet dövrünün xəritələrinin hansı ilini götürsək belə, yenə də Azərbaycanın maraqlarına uyğundur. Nəyə görə? Çünki son rəqəm 86.6 min kv.km-dirsə, həmin sərhədlər çərçivəsində Azərbaycanın sərhədlərinin tanınması və Ermənistan tərəfindən müqavilə ilə bunların təsbit olunması, Azərbaycan tərəfinin ən güzəştli mövqeyidir.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpasını istəyirik. Bir də hüquqi sənəd olmadan sovet dövründə sadəcə kommunist rəhbərliyinin iradəsi ilə Ermənistana güzəşt edilibsə, o torpaqlar da Azərbaycana qaytarılmalıdır”, – deyə tarixçi-alim fikirlərini tamamlayıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI