ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
29 oktyabr, 2021 20:17
ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib. Bildirilir ki, yeni məhdudiyyətlər 4 İran vətəndaşına tətbiq ediləcək. Onlardan 2-si İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan şəxsdir.
Sanksiya siyahısına İranda yerləşən iki şirkət də daxildir.