81 il əvvəl Paris və Londonun Bakını bombalamaq planı olub

30 oktyabr, 2021 10:23

Amerikalı yazıçı və tarixçi Mayk Pek İkinci Dünya Müharibəsinin “qaranlıq nöqtələri"ndən birinin təfərrüatlarını açıqlayıb. Söhbət 1940-cı ildə Fransa və Böyük Britaniya aviasiyası tərəfindən sovet neft yataqlarının bombalanmasını nəzərdə tutan “Pike əməliyyatı"ndan gedir.

Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. 

Publisistin sözlərinə görə, İkinci Dünya Müharibəsi başlamazdan əvvəl Sovet rəhbərliyi anti-nasist koalisiya yaratmağa çalışsa da, London və Parisdə anlaşma əldə edə bilməyən sovet diplomatiyası Almaniya ilə hücum etməmək haqqında pakt bağlayıb. Bununla da SSRİ müttəfiqlərinin gözündə Almaniyanın qatı düşmənindən müttəfiqinə çevrildi və bu, sonradan Paris və Londonu “Niyə SSRİ-yə zərbə endirib bir daşla iki quş vurmayaq?” ideyasına sövq etdi.

Yazıçının sözlərinə görə, “Pike” əməliyyatı məhz belə yaranıb. Müttəfiqlərin İran və Suriyadakı bazalarından, eləcə də neytral Türkiyədən çıxan yüzdən çox ingilis və fransız bombardmançıları Qafqazdakı sovet neft yataqlarına davamlı olaraq hücum etməli idilər.

“Rossiyskaya qazeta” xatırladır ki, 1940-cı il yanvarın 19-da Fransanın baş naziri Eduar Daladye ordu komandiri general Moris Qamelen SSRİ ilə döyüş planı hazırlamağı tapşırmışdı. Sənəddə deyilirdi: "Neft hasilatının 90 faizdən çoxu və neft emalının 80 faizi Qafqazda (əsasən Bakıda) cəmləşib. Buna görə də neft tədarükündə hər hansı bir kəsintinin çox böyük fəsadları olacaq və hətta Rusiyanın hərbi, sənaye və kənd təsərrüfatı sistemləri çökməyə səbəb ola bilər”. 

1940-cı il martın 8-də Qamelenin məruzəsi ilə eyni vaxtda Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi Şimal, Uzaq Şərq və Cənubda SSRİ-yə qarşı hərbi əməliyyatların aparılmasına dair sənəd hazırladı. İngilis strateqlərinin planlarında cənub istiqamətində hava hərəkatı “Pike əməliyyatı” adlanırdı. Hava hücumuna hazırlıq geniş miqyasda aparılıb. Onu Yaxın Şərqdə həyata keçirmək üçün iyun ayına qədər 20 aerodrom, 75 mindən çox aviabomba və 100-dən çox bombardmançı, o cümlədən “Martin Merilend” və “Bristol Blenheym” hazırlanmalı idi. Bakının dağıdılmasına 15 gün, Qroznıya 12 gün, Batumiyə isə 1,5 gün vaxt ayrılmışdı.

Müttəfiqlərin təyyarələri tezliklə döyüş mövqeyi yerləşdirmələrinə başladı. 1940-cı il martın 30-da Britaniya Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi İraqdakı Habbaniya aviabazasından havaya qalxaraq 7000 metr yüksəklikdən Bakının fotosunu çəkib. Dörd gün sonra həmin təyyarə Batumi və Poti limanlarının havadan kəşfiyyatını həyata keçirib. Sovet zenit artilleriyası həmin vaxt iki dəfə atəş açıb, lakin hava casusunu vura bilməyib. 

Bu vaxta qədər SSRİ rəhbərliyi Fransa və Böyük Britaniyanın planları barədə artıq məlumat almış və buna görə də 27-ci aviasiya diviziyası və ən son avadanlıqlar olan RUS-1 radar sistemləri Azərbaycana yerləşdirilmişdi. Lakin 1940-cı il aprelin 9-da almanların Norveçə hücumu başladı və “Pike əməliyyatı” həyata keçirilmədi.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI