Donbasda müharibə qaçılmazdır: "Bayraqdar"dan istifadə Kiyevdə vətənpərvərlik dalğasına səbəb olub" - Ukraynalı politoloq
30 oktyabr, 2021 10:34
Donbasda genişmiqyaslı müharibə qaçılmazdır.
Bu sözləri ukraynalı politoloq Andrey Qolovoçev deyib.
Onun sözlərinə görə, Donbasda Türkiyənin “Bayraqdar” dronundan istifadə Kiyevdə irrasional və nümayişkaranə vətənpərvərlik dalğasına səbəb olub:
“Başımızı ayıq tutmalı və bu addımın nəticələrini düşünməliyik. Təşəbbüskarların dəyərləndirdiyi kimi nəticələr birmənalı olmaya bilər”.
Qolovoçev bildirir ki, “Bayraqdar”dan istifadə Donbasda genişmiqyaslı müharibənin bərpasına gətirib çıxaracaq:
“Ola bilsin ki, Ukrayna rəsmiləri məhz bu məntiqlə çıxış edir”.