Rusiya daha 20 döyüş təyyarəsi göndərdi - Zərbələr endirir...

01 noyabr, 2021 13:59

Suriyanın şimalında Türkiyə ordusunun YPG/PKK terrorçularına qarşı yeni irimiqyaslı hərbi əməliyyatlara hazırlaşdığı haqda xəbərlərin daxil olduğu bir vaxtda Rusiya da regionda öz hərbi iştirakını sürətlə genişləndirir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Rusiya ötən bir neçə sutka ərzində Suriyaya əlavə olaraq daha 20 qırıcı göndərib. Rusiya mənbələrinin bildirdiyinə görə, Türkiyə ilə sərhədin cəmi 4 kilometrliyində yerləşən Qamışlı aviabazasına 4 MiQ-29, 5 Su-35 qırıcıları və 12 ədəd Su-34 qırıcı-bombardmançıları göndərilib. Bundan əvvəl isə həmin bazada Rusiyanın 4 ədəd ən yeni Su-35 qırıcıları yerləşdirilmişdi.

Habelə Qamışlı aviabazasında ən azı iki Ka-52 zərbə vertolyotunun göründüyü bildirilir. Hava döyüş vasitələrinin hamısı Rusiya ərazisindəki bazalardan İran və İraqın hava məkanından keçməklə göndərilib. Rusiya Hava Kosmik Qüvvələrinin komandanlığı Suriyaya əlavə döyüş təyyarələrinin göndərilməsini şərh etmir.

Digər məlumata görə, Türkiyə ilə sərhədə yaxın Ayn İssa qəsəbəsindəki Rusiya bazası da gücləndirilib. Bundan əvvəl rusların müxalif suriyalı yaraqlıların - “Suriya Milli Ordusu”nun zərbələrindən sonra həmin bazanı tərk etdikləri bildirilmişdi. Lakin yeni əldə edilmiş görüntülərə əsasən bazada rusların iştirakı qalır və orada əlavə möhkəmləndirmə işləri aparılıb.

Habelə Rusiya aviasiyası Suriyanın şimalında, o cümlədən Türkiyə ilə sərhədə yaxın nöqtələrdə “Suriya Milli Ordusu”nun mövqelərinə dalbadal hava zərbələri endirir. Ötən şənbə günü azı 25 hava zərbəsi endirilib.

Xatırladaq ki, Türkiyə mənbələri Ankaranın Suriyanın şimalında 35 minlik canlı qüvvənin, o cümlədən “Suriya Milli Ordusu”nun qüvvələrinin iştirakı ilə irimiqyaslı hərbi əməliyyatların hər an başlaya biləcəyi haqda xəbərlər yayır. Bu əməliyyatlara hazırlıq məqsədi ilə Türkiyə ordusunun hərbi texnika kalonları Suriyanın şimalına daxil olur.

Ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Türk kanalına müsahibəsində bildirib ki, ABŞ və Rusiya üzərlərinə götürdükləri öhdəliklərə zidd olaraq kürd silahlı birləşmələrini sərhəddən 30 kilometr içəri çəkməyiblər.

“ABŞ və Rusiya PKK terrorçularının nəzarətlərində olan ərazilərdən 30 kilometr içəri çəkməli idilər. Amma indiyə qədər onlar vədlərinə əməl etməyiblər. Biz vəd veririksə buna əməl edirik. Razılaşmaya imza atanda onu yerinə yetirmək üçün nə lazımsa edirik. Lakin nə Rusiya, nə ABŞ, - bunu açıq desək, - sözlərinin üstündə durmadılar”, - Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, Türkiyə belə vəziyyətdə öz problemini özü müstəqil həll edəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"