Sərhədə cəmləşdirilmiş minlərlə hərbi texnika, yüzlərlə tank... - ABŞ nəşri peyk görüntüləri yaydı

02 noyabr, 2021 10:12

Yeni əldə edilmiş peyk görüntüləri Rusiyanın Ukrayna sərhədlərinə yenidən hərbi texnika və qoşun hissələri cəmləşdirdiyini təsdiq edir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, “Maxar Technologies” şirkətinin kommersiya peykinin çəkdiyi sensasion görüntüləri ABŞ-ın “POLITICO” nəşri yayıb. Bildirilir ki, Rusiya 2021-ci ilin yaz aylarında da Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirmişdi.

Yeni təsvirlərdə isə Ukrayna sərhədlərinin bir neçə kilometrliyində, o cümlədən Belarus sərhədləri yaxınlığında yerləşən Yelni şəhəri ətrafında zirehli tank hissələrinin, özüyeriyən artilleriya qurğularının və çoxsaylı digər hərbi texnikanın, o cümlədən avtomobil texnikasının cəmləşdirildiyi görünür. Bildirilir ki, həmin bölmələr, o cümlədən Rusiya ordusunun elit 1-ci qvardiya tank diviziyası sentyabrın sonlarından etibarən Ukrayna sərhədlərinə doğru hərəkət ediblər.

“Jane’s İntelligence” nəşrinin ötən gün noyabrın 1-də apardığı analiz isə göstərib ki, Rusiya ordusunun 4-cü tank diviziyası da Ukraynanın şimal sərhədlərinin yaxınlığında yerləşən Bryansk və Kursk şəhərləri ətrafında cəmləşdirilib. Diviziya T-80U tankları və özüyeriyən artilleriya kompleksləri ilə təchiz edilib.

Bildirilir ki, 1-ci qvardiya tank diviziyasının bəzi hissələri də həmin rayondadır. Nəşrin analizinə əsasən həmin tank ordusu bütün səviyyələrdə döyüş əməliyyatlarının, o cümlədən irimiqyaslı hücumun aparılması üçün nəzərdə tutulub. Bu tank birləşməsi ən yeni texnika ilə təchiz edilib.

“POLITICO” qeyd edir ki, Rusiyanın Ukrayna sərhədlərinə yenidən qoşun cəmləşdirməsi bu ölkənin NATO-ya üzvlüyü barədə müzakirələrin aktivləşdiyi vaxta, o cümlədən ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri ərəfəsində təsadüf edir. Həmin səfər zamanı Lloyd Ostin Ukraynanın öz xarici siyasətini müəyyən etmək haqqına malik olduğunu və ABŞ-ın bu ölkəyə hərbi dəstək verəcəyini bəyan edib.

Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinə paralel olaraq Donbassda da gərginlik artıb, separatçıların Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutması intensivləşib. virtualaz.org qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri də bu təxribatlara cavab verir və təmas xəttinə qoşun hissələri cəmləşdirir.

“The Washington Post” qəzeti də ötən şənbə günü amerikalı və avropalı rəsmilərə istinadən Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirdiyini yazmışdı. Orada peyk fotolarından söhbət gedirdi, amma həmin fotolar dərc edilməmişdi. Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Anton Semelrot jurnalistlərə açıqlamasında deyib: “Bizə Rusiyanın Ukrayna sərhədləri yaxınlığında qeyri-adi fəallığı barədə məlumatlar daxil olub, amma biz Rusiyanın niyyətinin nədən ibarət olduğunu bilmirik. ABŞ regionda deeskalasiyanı və Ukraynanın şərqindəki münaqişənin diplomatik yolla nizamlanmasını dəstəkləyir. Artıq bəyan etdiyimiz kimi, bizim Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz sarsılmazdır”.

Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə ötən gün bildirib ki, Bayden administrasiyası Ukrayna ətrafındakı situasiyanı diqqətlə izləyir.

Xatırladaq ki, bundan əvvəl bəzi Rusiya nəşrləri də Ukrayna sərhədlərinə zirehli texnika eşalonlarının, habelə “İsgəndər-M” operativ-taktiki raket komplekslərini cəmləşdirdiyi barədə məlumatlar, görüntülər yaymışdı.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"