Böyük Britaniyada deputat Cavanşir Feyziyevin 20,5 milyon dollarına həbs qoyuldu - Kriminal mənşəli pulların müsadirəsi planlaşdırılır

02 noyabr, 2021 19:04

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan Milli Məclisinin deputatı, biznesmen Cavanşir Feyziyevin arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt sterlinq (20.5 milyon dollar) vəsaiti müsadirə etməyi planlaşdırır.

Agentlik inanır ki, sözü gedən vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi pul transferi sxemi ilə yuyulub. OCCPR-ın saytında dərc olunmuş  məlumatda deyilir ki, nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı cinayət ittihamı irəli sürülməyib.

Bununla belə, noyabrın 1-də keçirilən mülki məhkəmə dinləməsində NCA sözü gedən pulların Azərbaycanın pulyuyan maşını kimi tanınan sxemdən keçdiyini iddia edən təhlil təqdim edib. Agentliyin ehtimalına görə, bu pulların mənbəyi “qeyri-qanuni” olub, belə ki, vəsait Azərbaycandan onun mənşəyini gizlətmək məqsədi güdən saxta sənədlərdən istifadə və bir neçə  “balıqqulağı” şirkətdən istifadə etməklə çıxarılıb.

Britaniya Milli Cinayət Agentliyi bildirib ki, bu vəsaitin mənbəyi böyük bir ehtimalla “korrupsiya, oğurluq, fırıldaq və çirkli pulların yuyulmasıdır”. 15 milyon funt sterlinqin 7.86 milyonu Feyziyevin arvadı Pərvanə Feyziyevanın, 6.4 milyonu isə oğlu Orxan Cavanşirin hesabında saxlanır. Məlumata görə bu iki şəxs bu pulun bir hissəsini Britaniyada yaşamaq imkanı verən investisiya vizasının alınmasına xərcləyib.

Vəsaitin kiçik hissəsi – 1 milyon funt sterlinqdən bir qədər çoxu isə Feyziyevin qardaşı oğlu Elman Cavanşirin hesabındadır. Lakin NCA bildirir ki, iş Feyziyevin özünün üstündə cəmləşib, belə ki, aşkar olunmuş vəsaitin onun nəzarətində olan bank hesablarından gəldiyi ehtimal edilir.

Feyziyevlər ailəsinin sözçüsü media üçün açıqlamasında onların NCA-in iddialarını “qəti şəkildə rədd etdiklərini” və “tamamilə yanlış” olduğunu bəyan edib. Sözçü daha sonra deyib ki, agentlik vəsaitin “hər hansı cinayət fəaliyyəti ilə bağlı mənbədən gəldiyini göstərən əsaslı sübutlar” təqdim etməyib. Ailənin sözçüsü deyib ki, Feyziyevlər Britaniyanın ədalət sisteminə tam inanırlar və NCA tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunun sübut edilməsini gözləyirlər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"